Sürü psixologiyası
Sürü psixologiyası nədir?
Sürü psixologiyası bir çoxumuzun eşitdiyi, çoxumuzun da instinktiv olaraq etdiyi və bir çox sahələrdə tətbiq olunan qeyri-ixtiyari davranış şəklidir. Bu, insanların öz bilikləri ilə sərbəst qərar vermək yerinə, çoxunluğun etdiyini təkrarlamalarıdır. Bundan daha çox maliyyə, siyasət, elm və populyar mədəniyyət kimi digər qərar vermə sahələrində istifadə olunur. Bunlarla yanaşı reklamlarda da istifadə olunur. Məsələn, diş məcunu reklamında həmin məcunu digər məcunlarla müqayisə etmək yerinə 10 həkimdən 9-u bu məcunu məsləhət görür deyilir və beləcə insanlarda həmin məhsula qarşı güvən, inam formalaşır.
Həmçinin birjada da yeni gələn yatırımçılar ən çox hara yatırım edilibsə ora yatırım edirlər. Və ya siz küçədə geditdiyiniz yerdə dayanıb göyə baxsanız, yanınızdan keçən bir-iki adam da göyə baxacaq. Ancaq siz 10 - 15 nəfər dostunuzla birlikdə küçədə dayanıb göyə baxsanız artıq orada olan insanların böyük bir əksəriyyəti də göyə baxmağa başlayacaq. Çünki ikinci dəfə bunu çoxluq olaraq etdiniz. Bir sürü yarandı və digərləri də həmin sürüyə qoşuldu.
Bu cür davranışın kökü isə ilkin zamanlara ibtidai icma dövrünə, insanların sürü halında yaşadıqları təhlükələrlə tez-tez üzləşdikləri zamanlara dayanır.
Sıx-sıx vəhşi heyvanların hücumlarına məruz qaldıqlarından, təbiət hadisələrindən qorxduqları üçün insanların sıx olduqları yerlərə gedir sürü halında yaşamağa üstünlük verirdilər. Bu da zaman-zaman təkamül edərək genlərimizə kodlanıb və hal hazırda da bir çox şeylərdə instinktiv olaraq bizi çoxluğun etdiyini etməyimizə səbəb olur. Fərdi qərarlarımız, fikirlərimiz, öz yolumuz bizə daha çox uğur gətirə biləcəyi halda bir çoxumuz bu yolda tək irəliləmək risklər almaq yerinə çoxluğun getdiyi, bizlərə tanış olan yolu seçir. Çünki bu bizlərin özümüzü daha çox güvəndə hiss etməyimizi təmin edir. Sürü psixologiyasına görə sürünün getdiyi yol əzbər edilmiş ya da o qədər də uğurlu olmaya bilər, ancaq o yol təhlükəsizdir, çoxları o yolu gedib və ziyan etməyib. Bəlkə də bir çoxumuz fərqində olmasaq belə biz insanların daha çox insana və güvənə ehtiyacı var. Bu da bizim sürüylə getməyimizə səbəb olur.