Azərbaycanın "Ən Yüksək" Şəhərinə Səyahət - Xınalıq
Arxeoloji və tarixi araşdırmalar göstərir ki, bu kəndin əhalisinin əcdadları bura təqribən 2000 il bundan əvvəl köçüblər. Ancaq bu regionu araşdıran bir sıra jurnalistlər yerli əhalinin öz köklərini 5000 il əvvələ, Qafqaz Albaniyası dövrünə aid etdiyini yazır. Yerli əhali arasında dolaşan rəvayətə görə, Xınalıq sakinləri "Nuhun" həyatda olan törəmələridir. Azərbaycanın Böyük Qafqaz dağlarında yerləşən Xınalıq kəndi sirlər və doludur. Marağlıdır hə? mənədə marağlı gəldi və sizin üçün bu videonu hazırladım.
Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmamışdır, bütün evlər dağılmışdır. Əhalinin çox hissəsi həlak olmuşdur. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpəyə qalxmışlar və beləliklə də Xınalıq yaranmışdır. Xınalıqlılar hesab edilər ki, tufandan sonra Nuhun oğulları – Sam və Ham müxtəlif yerlərə köç etmiş və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalmış və buradan da Qafqaz xalqları törənmişdir. Dəniz səviyyəsindən 2000 metrdən də artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümüklərini xınalıqlılar bu rəvayətin təsdiqi kimi göstərilir, burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.
Kənd Azərbaycanın Quba bölgəsindədir. Ölkənin şimal-şərqində yerləşən bu bölgə mədəni və etnik müxtəlifliyin məkanıdır. Dağ yəhudiləri, tatlar və ləzgilərin bir-birindən fərqli etnik icmaları dağın nisbətən aşağı təklərində yaşayırlar. Buranın yerli dili Xınalıq dilidir. Bu ərazidə bu dilin bənzəri yoxdur. Ancaq UNESCO bu dili ciddi təhlükə altında olan dillər siyahısına daxil edib. Artıq Xınalığın özündə belə bu dildə çox az adam danışır. Ancaq, dilin həyatda qalmasına ümid var. 3000 şagirdi olan Xınalıq orta məktəbində Azərbaycan və ingilis dillərindən başqa Xınalıq dili də keçilir. Hətta strabonun 17 cildlik coğrafiyasında belə xınaqlıq haqqında məlumat var. Buna əsas isə belə gətirilir Xınalıqlıların əcdadları barədə məlumatlara Strabon və Plininin əsərlərində rast gəlinir. Qədim yunan alimi Strabonun 17 cildlik "Coğrafiya" əsərində göstərdiyi, hərəsi öz dilində danışan 26 alban tayfasından biri olduğu güman edilir. Xınalıqlılar həmin 26 alban tayfasından biri olmasını Xınalıq kəndi ərazisində olan çoxsaylı alban qəbiristanlıqları və digər alban tayfalarının məlum olan dillərindən fərqli olan dili təsdiq edir.
ilin çox hissəsi Xınalığa getmək mümkün olmur. Çox zaman qar artıq payızda, sentyabrda yağmağa başlayır. Qışda isə temperatur -21 dərəcəyə qədər enə bilir. Sərt hava şəraiti nəticəsində təkcə yol bağlanmır, həm də insanların iqtisadi baxımdan əsas sütununu təşkil edən çobanlar qoyun-quzularını aşağı, daha isti ərazilərə köçürməli olurlar. Ona görə də xınalıqlılar xəstələnməməyə çalışırlar. Bu evlərdən bir çoxunun 200 yaşı var. Sakinlərin evləri yaxınlığdakı Qudyalçaydan toplanmış daşlardan tikilib. Ərazinin saysız-hesabsız zəlzələlər gördüyünü nəzərə alsaq, bu, çox uzun müddətdir. Bir neçə dəqiqəlik də olsa, Xınalıq kəndi bizi, sanki nağıllar aləminə apardı. Məsləhət görməy olar ki, həm yerli, həm də xarici turistlər mütləq Xınalığa üz tutsunlar. Azərbaycanın daxili zənginliyi çox genişdir sadəcə lazımi qədər dəyər verilmir və işıqlandırılmır.
Ətraflı videoda