Dünyanın ən qəribə 5 yaşayış yeri (Siyahıda Azərbaycanda Var)
Həyatda qalmağ yaşamağ dediyimiz vaxt ağlımıza ilk olarağ evlərimiz gəlir amma bəzən məcburiyyətdən yaşaya biləcəyimiz yerlər biraz qəribələşə bilər. Gəlin bu video da dünyanın ən qəribə 5 yaşayış yerini biryerdə kəşf edəy. Siyahıda azərbaycanda var. Mən video da məkanları danışdığca sizdə özünüzü orada xəyal etməyə çalışın.
Kuber Pedi - Avstraliya
Dünyanın opal paytaxtı kimi təsvir edilən Kuber Pedi Cənubi Avstraliyanın şimalında, səhranın düz ortasında yerləşir. Lakin insanlar Kuber Pedidə səhranın altında yaşayırlar. Bu ərazinin yerli əhalisi yeraltı, gizli, pəncərəsiz, işıqsız mağaraya bənzər evlərdə yaşayırlar. Çünki onlar yerləşdikləri yerə görə dondurucu soyuqdan və həddindən artıq istidən qorunmağı bacarmalıdırlar
Noiva Do Cordeiro, Brezilya
Əgər siz Qərbə Səyahət filminə baxmısınızsa, ola bilər ki, Qadın Krallığının həqiqətən mövcud olub-olmadığını sualını özünüzə veribsiz. Cavab bəli, həqiqətən Braziliyada tam qadınlardan ibarət bir şəhər var: Noiva Do Cordeiro. Buşəhəri zina etdiyi üçün yaşadığı yerdən sürgün edilən bir qadın qurub. O vaxtdan sonra şəhər əhalisi 600 nəfərə çatıb, demək olar ki, hamısı qadınlardır. Onlar şəhərin bütün işləri ilə məşğul olurlar, iqtisadi maliyyə müqavilələrindən tutmuş, din və idarəçilik işlərinə qədər... Bəzilərinin əri var, amma bu ərlərin hamısı 100 km aralıda işləyir və yalnız həftə sonları görüşürlər
Yakutsk - Yakutiya
Arktika Dairəsindən 450 kilometr cənubda yerləşən Yakutsk rəsmi olaraq dünyanın ən soyuq şəhəridir. Şəhərdə havanın temperaturu -44 dərəcəni görür. 1987-ci ilin fevralında ölçülən havanın temperaturu şəhərdə -83,9 dərəcə Selsi olub, qış aylarında aktiv ömür uzunluğu dörd saata qədər azalıb. Yakutskda 300 minə yaxın insan yaşayır və qışda onlar avtomobillərini sutkada 24 saat işlətməli olurlar
Koulun şəhəri - Çin
Çinin İngiltərə işğalı dövrlərində inşa olunmuş Koulun şəhəri 50 minlik əhalisi ilə 1 kvadratmetrə ən çox insan düşən şəhər ünvanını qazanıb. Şəhər ətrafdan qala divarlarıyla əhatə olunsa da, sonralar içəriyə doğru tikilən çoxsaylı hündürmərtəbəli binalar dar küçələri zülmətə çevirir. Binalar o qədər sıx tikilir ki, gündüzlər daxili küçələri işıqlandırmaq üçün gecə işıqları yandırılır. Deyilənə görə, buranın dolaşıq küçələrini və gizli keçidlərini sadəcə 1976-cı ildə burada poçtalyon işləmiş Lui adlı kişi tanıyırmış. Şəhərdə qanunsuzluq hökm sürdüyü üçün özünü müdafiyə mövcuddur. Şəhər eyni zamanda, it əti ticarəti ilə məşhurdur. Bölgənin it əti əsasən, buradan tədarük olunurdu
Neft daşları - Azərbaycan
Neft Daşları şəhəri Xəzər dənizində uzun müddət neft çıxarılması üçün xidmət etmiş nəhəng üzən şəhərdir. O, rəsmi olaraq Azərbaycanın mülküdür, sovetlər hakimiyyətinin ən qızğın vaxtında tikilmişdir. Şəhər qurudan çox da uzaqda deyil, lakin bu günə qədər dənizdə tikilmiş ən böyük şəhərdir və sovet mühəndisliyinin əsərlərindən biridir. Tarixən bu əraziyə yaxın sularda tez-tez qaynayan neftlə bağlı əfsanələri eşidən ruslar ərazidə inanılmaz neft ehtiyatları aşkar edərək, onu orada tikiblər
Çonq Khneas - Kamboca
Kambocanın şimal-qərbində, 1997-ci ildə YUNESKO tərəfindən Biosfer Qoruğu olaraq təyin edilmiş şirin su gölü olan Tonle Sapda üzən kənd. Bu səbəbdən Tonle Sap təkcə bir çox balığın deyil, həm də bir çox insanın evidir. Son məlumatlara görə, Chong Khneas adlı kənddə 1 milyondan çox insan yaşayır və onların üzərində olduqları Tonle Sap gölündə 200-dən çox balıq var
Ətraflı Videoda