Travmaları unuduruq yoxsa gizlədirik
Sənə bir sualım var. Bir anlığına da olsa xatırlamanı istəyirəm, sənə acı çəkdirən bir hadisəni uşaqlıqda yaşadığın bir travmanı xatırla! Hər şeyi xatırlaya bildin?
Dəqiq xatırladığından əminsən? “arada bəzi xırdalıqları unutmuş ola bilərəm” dediyini hiss edirəm sanki. O zaman sənə bir şey deyim. Uşaq vaxtı yaşadığın travmalarda və ya qorxunc hadisələr də şüuruna gəlməyən elə şeylər ola bilərki, onlar heç də düşündüyün qədər xırda-para şeylər olmaya bilər. Şüuraltımız şüurumuzdan təhdidkar sayılan və xoşa gəlməyən hadisələri gizlədir və özündə saxlayır. Hər hansı bir zamanda şüurlu olaraq fərqində olduğumuz bir şey, buzdağının görünən hisəsidir. Şüuraltımızın basdırdığı hadisələr, şüurumuzun fərqindəliyindən uzaqda bir yerlərdə bağlanılaraq gizli qalırlar.
Bu “ego”nun özünü qoruma mexanizmasıdır. Bastırılmış xatirələrin yenidən xatırlanması sayəsində uşaq zorakılığı ilə bağlı çox sayda hadisənin üstü açılmışdır. Şiddət cinayətini anlatan insanlar, işlədikləri cinayəti bartırmış olduqları görünməkdədir. Belə ki, bu insanlar törətdikləri cinayətin böyük bir bölümünü bastırmış olurlar. Çünki onlar cinayəti törətdikdən sonra vicdan əzabı çəkirlər və bundan qurtulmaq üçün şüuraltı müəyyən şeyləri gizlətməyə məcbur qalır. Və cinayəti törədən insanlarda 80%-i uşaqlıqda özlərinində valideyinləri tərəfindən zorakılığa məruz qaldıqları ortaya çıxmışdır. Burda xatırlanan xatirələrin oxşar xususiyyətləri çoxdur, bunlardan biridə, qadınların 8 yaşından öncə ataları tərəfindən uyğunsuz cinsəl davranışlara məruz qalmasıdır. Bu xatirələr xususi konsultasiyalarda xatırlanır və bu konsultasiyalarda zorakılıqların çoxunda ata və ya ögey ataları tərəfindən törədildiyi ortaya çıxmışdır. Bastırma, düşüncələri şüuraltına çəkib acı verən və ya təhlükəli düşüncələri şüuraltına girməsinə mane olma prossesidir. Bu zaman duyğu oradadır, lakin arxasındakı düşüncə mövcud deyildir. Freud fikirlərini, histeriya üzərində çalışmaları zamanı inkişaf etdirmişdir. Bastırmanın şüur ilə egonu ayırdığını və bunun şəxsiyyət bölünməsinə gətirib çıxardığını deyirdi. Eyni zamanda bastırma, sağlıqlı və normal, duyğu və həycanların ortaya çıxmasına mane olur.
Bastırma bütünlükdə şəxsiyyəti, təməlindən sarsıdır, zəiflədir. Lakin sonralar Freud bunun normal bir qoruma mexanizması olduğunu da söyləmişdir. Bastırılmayla bağlı psixoloqlar tərəfindən bir çox təcrübə aparılmışdır. Bunlardan birində yeni doğum edən qadınlardan necə bir sancı çəkdikləri soruşulur və eyni sualı bir neçə ay sonra təkrar soruşurlar bu səfər qadınlar ilk söylədiklərindən daha yüngül bir ağrı çəkdiklərini iddia edirlər. Əslində bastırmayla bağlı bir başqa teoriya da deyilirki, əslində şuuraltı düşüncələri və hadisələri gizlətmir. Sadəcə olaraq o düşüncələrin xatırlanmamasının səbəbi, düşüncənin geri çağırılmasında yaranan problemlə bağlı olduğunu söyləyirlər. Həmən düşüncələri geri çağırmaq üçün ipucları yoxdur.
Əlbətdə bu da sadəcə bir teoriyadır və bastırılma ilə bağlı ilk öncə anlatdığım fikir daha çox yayılmışdır. Bastırılma mövzusu konsultasiyalarda, laborotoriyalarda və məhkəmə salonlarında müzakirə mövzusu olmuşdur. Bastırlmanın şəxsiyyət bölünməsi kimi önəmli problemlərə səbəb olduğundan bütün psixologiya terminologiyaları içərisində bu mövzu yazarlara və rejisorlara daha maraqlı gəlmişdir. Bunun üzərinə bir çox film çəkilmiş kitablar yazılmışdır.