Ailə daxili münaqişələr - Bilinən Görünməzlər Araşdırması
Ailə canlı təsisatdır. O da dialektika qanunları na tabedir. Bu mənada da söhbət heç də ailədə münaqişənin olub-olmaması haqqında getmir Münaqişəniz ailə əslində yoxdur və ola da bilməz. Bu məsələnin düzgün başa düşmək üçün,birinci növbədə, münaqişənin mənəvi məzmununa diqqət yetirilməlidir. Münaqişə ailədə ünsiyyəin özünəməxsus cəhəti kimi meydana çıxır,ərin, yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək,həyat yoldaşına təsir etmək, hətta bəzən sadəcə olaraq özünətəsdiq meyillərinin ifadəsi kimi nəzərə çarpır. Ailənin formalaşdığı ilk mərhələlərdə açıq və ya gizli münaqişənin tez-tez müşahidə olunması da məhz bununla bağlıdır.
1.Ər -arvadın tələbatlarının, o cümlədən seksual tələbatlarının təmin olunmaması əsasında əmələ gələn:
2.Onların tərbiyəsi, xüsusilə xarakteri və mənəvi inkişafı ilə bağlı olan:
3.Ər-arvadın özlərinin qarşılıqlı hüquq və vəzifələrindən, ailədə əmək bölgüsündən, uşaqlara göstərilən qulluqdan narazı olması əsasında əmələ gələn münaqişələrə daha çox təsadüf olunur:
Ailə münaqişələrinin ən başlıca səbəbi uzun müddət Maddi səbəblərlə (ailənin təmin olunması,pulun xərclənməsi,mənzili problemi və s.) bağlı olmuşdur.
Şəxsiyyətin hərtərəfli inkişafı, xüsusilə istər ərin, istərsə arvadın təhsil-peşə səviyyəsinin yüksəlməsi, tələbat sahəsinin zənginləşməsi və.s nəticəsində ailə münasibətlərində mənəvi-psixoloji amillər daha mühüm rol oynamağa başlamışdır. Bu cəhət ailə münaqişələrində bütün aydınlığı ilə özünü göstərir. Münaqişələrin əmələ gəlməsində mənəvi-psixoloji səbəblərin rolu gündən-günə artır.
Burada "inkişaf çətinlikləri" adlanan səbəblər haqqında da ayrıca danışmaq lazım gəlir. Mühüm cəhət ondan ibarətdir ki, hüquq bərabərliyi və iqtisadi müstəqillik qazanmış qadın ailə həyatında daha fəal rol oynayır. Halbuki kişilər çox vaxt psixoloji ətalət gücünə ailədə başcılıq etməyə cəhd etməyə göstərirlər. Başqa sözlə, onların şüur və hissləri ailənin yeni inkişaf səviyyəsində uyğun gəlmir. Kəskin ailə münaqişələrinin bir çoxu bu zəmində meydana çıxır. Hətta bəzən ailədə böhranlı vəziyyət əmələ gəlir: ər-arvad aylarla bir-birini dindirmir və yaxud gündə bir-birilə vuruşur, uşaqların, qohuməqrəbanln, qonşuların yanında bir-birini təhqir edirlər; ərin və ya arvadın evdən küsüb getməsi hallarına da az təsadüf olunmur.
Boşanmaların bir qismi ər-arvad vəfasızlığl (xəyanəti) nəticəsində baş verir. Bu Azərbaycanlı ailələrdə geniş yayılmamışdır. Demək olar ki, cüzilik təşkil edir. Lakin hər halda bu kimi hallara rast gəlinir. İnsan xisləti heç zaman dostluqda, məhəbbətdə, işgüzar münasibətlərdə , öz xalqına,Vətənə münasibətdə xəyanət dözməmişdir. Yalnız şüurlu, bilərəkdən atılmış addımdan başqa hər şeyi -səhvi, diqqətsizliyi, düşüncəsiz hərəkəti hətta təsadüfi məğlub olmanlda bağışlamaq mümkündür. Bəşəriyyət bu hissə qarşı nə üçün belə barışmazdır?
Cavab aydındır : insanların bir-birinə inamı olmadan birgə iş, fəaliyyətin mümkün deyildir. Xəyanət, yeri gələndə, hətta bir xalqın taleyini belə həll edir. Qonşunun qonşuya xəyanəti də çətin bağışlana bilər. Ailə içərisində ki xəyanət isə daha dəhşətlidir. Ona görə də bu dünyaya göz açan gündən uşaqlar xəyanət hissi yad olmalıdır.
Azərbaycanlı ailələr üçün ər-arvadın sərxoşluğa qurşanması da səciyyəvi hal deyildir. Papiros çəkməyə və içməyə meylə xüsusilə qadınlar arasında çox nadir hallarda rast gəlmək mümkündür. Lakin bəzi kişilər içkiyə həddindən artıq aludəçiliyi nəticəsində ailə dağılır. Bu zaman boşanmanın təşəbbüsçüsü ,adətən, qadınlar olurlar. Onlar sərxoşluq kimi bir bəlanı ailə həyatı, uşaqların tərbiyəsi üçün normal şəraitlə bir araya sığmaz sanırlar. Qısqanclıq 3 şəkildə özünü büruzə verir:
1) Kişi və ya qadın azca qısqanır, sonrada yanıldığını başa düşüb peşmançılıq hissi keçirir, zəifliyinə təəssüflənir
2)kişi və qadın son dərəcədə özündən çıxır, danışığına, hərəkətlərinə hədd qoymur.
3) kişi və qadın yalnız özünə təsəlli verməklə kifayətlənir. Ailədə əlverişli psixoloji iqlim Öz-özünə əmələ gəlmir. O, cəmiyyət qarşısında, ailəsi-həyat yoldaşı və uşaqları qarşısında məsuliyyətli və borcunu düzgün başa düşən ağıllı, həssas ər və arvadın, ata və ananın gündəlik səyi ilə yaranır. Bu baxımdan onlar öz ailə dramının nəinki müəllifləri, həm də aktyorlarıdır. Ər və arvad,ata və ana özlərini müdrik və nəcib insan olduqlarını bu ailə rolları vasitəsilə göstərməlidirlər.