Psixosematik ağrılar nədir və necə yaranır?
Psixomatik sözü yunan dilindən götürülmüş” psyche” ruh və “soma” bədən sözünün birləşməsindən yaranmışdır. Psixomatik, kökü insan psixologiyasına dayanan fiziki və xroniki xəstəliklər üçün istifadə olunan termindir. Psixosomatik ağrı, xroniki və fiziki əlamətləri olan, lakin tibbi bir açıqlaması olmayan narahatlıq halıdır. Psixosomatik ağrı, insanın psixoloji vəziyyətindən törənən bir fiziki ağrıdır. Yəni psixosomatik ağrı psixoloji gərginliyin yaratmiş olduğu,bədənin müxtəlif nahiyələrində ağrı vasitəsilə özünü büruzə verən ancaq həkim nəzarətində heç bir fizioloji simptomu təsbit edilməyən psixoloji narahatçılıq halıdır.
Hər hansısa bir hadisə qarşısında yaranan xoş və ya pis hisslər insanın davranışında mütləq qaydada özünü göstərir. Insan özünü yaxşı hiss etdikdə, vücudumuz bu pozitivliyi əks etdirir. Məmnuniyyət, razılıq, xoşbəxtlik kimi müsbət emosiyalar serotonin və ya dopamin kimi müsbət kimyəvi maddələrin ifrazına imkan verir. Eyni hal bunun əksi üçün də keçərlidir. Əgər yaxşı hiss etmiriksə, bu özünü zehni yorğunluq kimi ifadə edə bilər. Və zehni yorğunluğun qarşısını zamanın da almadıq da depressiya, stress və sonda psixomatik ağrılara səbəb olacaqdır.
Psixomatik ağrılar aşağıdakılardır:
1) Alergiyalar- İnsanlara qarşı kin,nifrət bəsləmə,öz gücünə inamsız yanaşmaqdan yarana bilər.Əgər biri ilə mübahisəniz varsa və bunu ciddi problem kimi qəbul edib o insana qarşı mənfi emosiyalar bəsləyirsizsə bədəndə reaksiyalar özünü göstərir.
2) Alkoqolizm- özünü qəbullanmama,yararsızlıq,günahkarlıq kimi duyğuların hökm sürdüyü insanlar daha çox alkoqolizmdən əziyyət çəkirlər.
3) Baş ağrıları və Miqren - çox zaman baş ağrıları və miqren gündəlik stressdən qaynaqlanır. Təşviş, basdırılmış duyğular narahatçılıq, yorğunluq əzələləri gərginləşdirir. Bu zaman genişləşmiş damarlar ağrı və şiddətini arttırır.
4) Boyun ağrısı- Stress vücudumuzda yığılmağa başladığında özünü göstərdiyi ilk yer boynumuz ve çiyinlərimiz olur. Xronik boyun ve çiyin ağrısı əsasən başqalarının məsuliyyətinin ö üstünə götürməkdən, kimisə unuda ilməməkdən, bağışlaya bilməməkdən qaynaqlanır.
5) İştahsızlıq- Səbəbləri rədd edilmə,insanlar tərəfindən qəbul edilməmə kimi qorxulardır.Əgər həyata qarşı böyük qorxularınız varsa və həyatınızdan razı deyilsinizsə o zaman bu problemlə qarşılaşmağınız normaldır.
6) Qarın ağrısı- Stressli situasiyalar həzm sisteminə pis təsir edir. Uzun müddət davam edən depressiya, təşviş və ya postravmatik stress pozuntusu bağırsaq problemlərinə, xroniki qəbzlik və s. kimi problemlərə yol açır. Çox zaman mədə ağrıları ətrafdakı insanlara və yaşanan hadisələrə qarşı dözə bilməməyin yaratdığı təşvişdən, sıxıntıdan qaynaqlanır. Bu da onu göstərir ki, şəxs, həyatında baş verən hadisələr şəxsin həyat üslubuna, yaşantısına uyğun gəlmir və bu vəziyyət onun özünü daha da günahlandırmasına gətirib çıxarır.
7) Menstruasiya ağrısı- Bu zaman həmin günlər qadınlar üçün daha da ağrılı keçir və çox zaman davamlılıq halı müşahidə olunur Səbəb, qadınların üzləşməyə çətinlik çəkdiyi duyğuları və neqativ düşüncələridir. Davalı xarakter daşıyarsa ciddi qadın xəstəlikləri yaranma ehtimalı var.
8) Əl və ayaq ağrısı- Ayaqdakı ağrılar qərar vermə çətinliyini və təşvişini göstərir. Diz ağrıları gələcəklə bağlı məsuliyyətə hazır olmaqda çətinliyi, əl qolumuzdakı ağrılar isə həyatımızdakı hadisələrin üzərində idarə çətinliyini bildirir.
9) Bütün bədən ağrıları- Bəzən bütün bədən, əzələ sistemində ağrılar olur ki, bu da diqqətimizi emosional sıxıntılarımızdan fərqli bir tərəfə keçirmək üçün bir müdafiə mexanizmi funksiyası işini görür.
Valeri Sinelnikov tərəfindən yazılan “Öz xəstəliyini sev” adlı kitab sahib olduğumuz narahatlıqlara fərqli yöndə baxmamızı bizə öyrədir.Qeyd edilir ki,yaşadığımız əksər bədənsəl problemlər əslində daxildə keçirdiyimiz narahatlıqlar səbəbilə baş verir.Əgər düşüncələrimizi,emosiyalarımızı düzgün idarə edə bilsək,fiziki cəhətdən də gümrah olarıq.