Dünyada ən geniş yayılmış 3 fəlsəfi axım - Bilinən Görünməzlər
Fəlsəfə sözü Filo" və "sofiya" yunan sözlərinin birləşməsindən yaranmışdır. "Sofiya" hikmət, "filo" isə sevmək deməkdir."Filosofiya" — "hikməti sevmək" mənasını verir. "Fəlsəfə" isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə uyğun demələrindən yaranıb.
Xüsusi elm kimi onu ilk dəfə Platon fərqləndirmişdir. Fəlsəfə formalaşmış bir elm kimi quldarlıq cəmiyyətində meydana gəlmişdir. İlkin fəlsəfi görüşlərin şərqə məxsus olmasına baxmayaraq, fəlsəfə sistemli bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilmişdir. Tarixdə bilinən ən qədim filosoflar Sokrat, Aristotel və Platondur. Fəlsəfə özlüyündə çox geniş bir mövzudur biz isə bu gün sizə əsas fəlsəfi axımlar haqqında məlumat verəcəyik. Fəlsəfə axımları hansılardır? Sizin üçün araşdırdıq:
İdealizm
Fəlsəfi mənada idealizm dünyanın yalnız düşüncələrin, zehinin, ruhun, ya da daha doğrusu, fiziki dünya mövcudluqdan əvvəl mövcud olan ideanın bir əks olunması olduğu fikirindən hərəkət edər. Antik dövrdə bu fəlsəfənin ən tutarlı müdafiəçisi Platon idi. Platona görə "gerçək varlıq idea, düşüncə varlığıdır. İdealizm ruhu olanın, qeyri-maddinin birinciliyi və maddi olanın ikinciliyi prinsipindən çıxış edir ki, bu da onu aləmin zamanca və məkanca sonlu olması və Allah tərəfindən yaradılması haqqında dini ehkamlara yaxınlaşdırır.
Materializm
Adından da göründüyü kimi təbiətdə və kainatda olan bütün hadisələrin maddə və onun törəmələri olduğunu və var olan hər şeyin fizika qanunları çərçivəsində baş verdiyini önə sürür. Hətta materialistlər hisslərimizi belə bir-biri ilə kimyəvi əlaqədə olan atomlarla izah edir. Materializmin tarixi qədim yunan fəlsəfəsinə qədər uzanır. E.ə. V əsrdə yaşamış Levkipp (Leucippus) və Demokrit (Democritus) qərb fəlsəfəsində materialist ənənəni başladan filosoflar sayılırlar. Demokritə görə, hər şey bölünməz atomlardan yaranmışdır. Bu atomlar hiss edə bilməyəcəyimiz qədər kiçikdirlər. Onlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər və formalarına görə bir-birinə bağlana bilirlər.
Rasionalizm
Hər kəsdə bərabər dəyişməyən ağıl və məntiqi qanunların doğuşdan olduğunu, onların təcrübədən müstəqil olduğunu, beləcə bəzi apriori və açıq-aşkar həqiqətlərin varlığını qəbul edən fəlsəfi görüş. Ağlı idrakın yeganə mənşəyi hesab edən idealist fəlsəfi cərəyan. Məhz belə insanlar dinin yox elmin hər şeyi bacardığını düşünürlər.
Yeni dövr fəlsəfəsinin rasionalizmi Benedikt Spinoza və Qotfrid Leybnitsin adı ilə bağlıdır. Onlar Avropa fəlsəfəsinin zənginləşməsi və inkişafına əhəmiyyətli dərəcədə kömək etmişlər.
Bundan əlavə irrasionalizm, panteizm, skeptisizm, platonizm, darvinizm və.s başqa fəlsəfi axımılarda mövcuddur.