10 Qəribə Və Az Bilinən Psixoloji Sindrom #bilgor.az
İnsan ağlı hələ də dünyanın ən böyük sirrlərindən biridir. İnsana çox gələn təcrübələr, həll olunmalı məsələlər, beyində görünən anormallıqlar…siyahı beləcə uzanıb gedir.
Narahat etdiyi qədər də maraqlı olan insan ağlı bizi təəccübləndirmək və düşündürmək qabiliyyətinə sahib, sonsuz və qeyri-adi bir quruluşdur.
Hələ də bir çox insan şizofreniya və obsessiv komplusiv bozuntu xəstəliklərindən daha çox xəbərdar olsa və bunları bilsə də eyni zamanda olduqca qəribə və qeyri-adi psixoloji vəziyyətlərdən də danışa bilərik
Kapgras sindromu
Bu pozğunluğu “mənfi oxşar cəfəngiyatı” da adlandırırlar. Psixiatriyada xüsusi sindrom sayılan bu xəstəlikdən əziyyət çəkən insanlar iddia edir ki, onun ətrafında olan yaxınlarını (həyat yoldaşını, valideyinlərini və s.) və ya onun özünü hansısa oxşarı əvəz edib. Sonuncu halda xəstə deyir ki, özünün etdiyi bütün xoşagəlməz hərəkətləri onun eynilə özünə bənzəyən oxşarı edib. Bu xəstəlik iki tipə bölünür: Autoskopik – xəstə əmindir ki, oxşarı canlı olaraq görür; Kapgras sindromu – oxşar görünməzdir.
Magifreniya (magifrenik sindrom)
Bəli, bəli bu əsl psixi pozuntudur. Psixi adaptasiyanın pozulması ilə səciyyələnən, təfəkkürün qəribə ideya və təsəvvürləri dəstəkləməsidir. Magifreniyanın inkişafı xəstənin bütün həyatını və davranışlarını müəyyənləşdirməyə başalayır. Bu əsasən bəzi sehrbazlarda, ekstrasenslərdə, münəccimlərdə, şəfavericilərdə müşayiət olunur. İnsan öz sağlamlığına müxtəlif pəhrizlərlə, irrasional xarakterli psixi və fiziki davranış və məşqlərlə, böyük mənfi təsir göstərir. Bəziləri isə fanatik şəkildə müxtəlif ezoterik təlimlərə dalırlar və ya cürbəcür təriqətlərin iştikakçısına çevrilirlər.
Trixotillomaniya
Trixotillomaniya – impuls nəzarətin pozğunluq növlərindən biridir. Eyni qrupa piromaniya (yanğına meyillilik) və kleptomaniya (impulsiv oğurluq) pozuntuları da aiddir. Ancaq trixotillomaniya xəstənin öz-özünə vurduğu ziyandır. Bu psixi pozuntu saçları yolmağa olan meyillilikdir. Xəstə trans vəziyyətindəymiş kimi başında və ya bədəninin hər hansı hissəsində olan saçları yolub qoparmağa çalışır. Bu zaman onlar çox ağrı hiss etsələr belə, dayana bilmirlər – barmaqlarının hərəkəti tamamilə onlara tabe deyil.
Məşum ailəvi yuxusuzluq
Xəstəliyin adı o qədər də qorxuducu olmasa da, əslində isə, bu dəhşətli ölümcül psixi pozuntudur. Xəstəlik 30 yaşdan sonra, daha çox isə 50 yaşdan sonra başlayır. Nəticədə xəstə yatmaq hissinin nə olduğunu demək olar ki, bilmir. Ümumiyyətlə, qısamüddətli qarabasmalardan sonra özünə gələn insanlarda daha tez-tez müşahidə olunur. Qarabasmalardan sonra isə xəstə hallusinasiyalar görməyə başlayır və təqribən maksimum bir ildən sonra ölür. Bu xəstəliyin dərmanı yoxdur. Xəstəliyi dəhşətli edən amillərdən biri də odur ki, bu xəstəlik ulu babalardan gen ilə ötürülür və dünyada yalnız, təxminən, 40 ailədə müvafiq genlər mövcuddur.
Autosarkofaqiya
Bu pozuntu ağır və təhlükəli xəstəliklər siyahısına aiddir. Autosarkofaqiya xəstənin öz bədənini yeməyə olan həvəsini aradan qaldıra bilməməsinə deyilir. Bu bir növ özünə yönəlmiş hannibalizm kimidir. Bu zaman həkimlər xəstənin öz-özünü yeməsinin qarşısını almağa çalışırlar. Ən dəhşətlisi budur ki, xəstənin özü baş verənləri anlamır və trans vəziyyətindəymiş kimi özünə zərər verir. Bu çox nadir psixi pozuntu müasir tibb tarixində cəmi bir neçə dəfə qeydə alınıb. Lakin xəstəliyin az rast gəlinməsi onun dəhşətli olmasının qarşısını almır.
Somatoparafreniya
Somatoparafreniya zamanı xəstə bədəninin bir hissəsinin, daha çox qolunun və ayağının, ona aid olmadığını deyir. O iddia edir ki, onun bədəninin həmin hissəsi müstəqil hərəkət edir və xəstə ona heç cür nəzarət edə bilmir. Hətta bəzən, o öz bədəninin hissəsi ilə başqa bir şəxsiyyət kimi ünsiyyət yaratmağa çalışır. İşin qəribəliyi onadadır ki, xəstənin ətraf hissələri həqiqətən də ona ziya vura bilər. Məsələn, başından vura bilər. Və pasient tam əmindir ki, bu hərəkətin onun özünə heç bir aidiyyatı yoxdur.
Depersonalizasiya
Bu zaman insan sanki öz şəxsiyyətindən və bədənindən ayrılır, qıraqdan öz hərəkətlərini müşahidə edir və hesab edir ki, bu onun özü deyil və ona müdaxilə edə bilməz. Bəzən xəstə özünü robot və ya kompyuter oyununun personajı kimi qəbul edir. Depersonalizasiyaya səbəb olan keçmişdə keçirilən travma və ya beyin şişi belə ola bilər.
Partlayan baş sindromu
Bu vəziyyətin yaranmasının bir neçə səbəbi ola bilər. Lakin ən çox rast gəlinən səbəb yüksəs və daimi səslərin təsiri nəticəsində orta qulağın mikrotravmasıdır. Əsasən bu xəstəlikdən DJ-lər əziyyət çəkir. Oyaqkən və yatarkən belə xəstələr qulaqlarında dözülməz səslər eşidirlər. “Səs o qədər yüksəsdir ki, sanki məni öldürəcək” – deyərək şikayətlənirlər. Əlbəttə ki, bu səslərdən heç kim ölmür, ancaq səslər həmin şəxsin psixikasını çox ciddi şəkildə korlayır.
Sinesteziya
Bu psixi pozulma zamanı bir duyğu orqanının aktivləşməsi nəticəsində digər bir duyğu orqanın da fəallaşması baş verir. Sadə dildə desək, insan bir neçə hissi eyni anda yaşayır – məsələn, musiqi dinləyərkən o, nəinki melodiyanı eşidir, həm də xüsusi bir dad hiss edir və ya gözləri önündə müxtəlif rənglər görür. ABŞ-dan olan bir qadın iddia edir ki, musiqinin dadını hiss edir və hətta başqa insanların toxunuşlarını və emosiyalarını da duyur.
Savant sindromu
Çox nadir hallarda rast gəlinən bir psixi pozuntudur. Xəstəliyin əlaməti ümumi inkişafdan geri qalmış insanların “dahilik adasına” (bir və ya bir neçə bilik sahələrində mükəmməl qabiliyyətin ümumi şəxsiyyət məhdudluğu ilə ziddiyət təşkil etməsi) malik olmasıdır. Bu sindrom həm genetik, həm də sonradan qazanılmış ola bilər. Savant sindromlu şəxslər çətinliklə oxuya, yazı yazarkən bir səhifədə yüzlərcə səhv buraxa bilərlər, amma bununla yanaşı, beyinlərində asanlıqla 6-rəqəmli ədədləri bir-birinə vura bilərlər və yaxud 23 may 3027 –ci ilin həftənin hansı günü olduğu çox rahatlıqla deyə bilərlər.