Simulyasiyadamı Yaşayırıq?

Bəzən insan istər-istəməz düşünür: “Görəsən biz də mi bir simulyasiyanın içindəyik?”
Nick Bostrom – İsveçli filosof, 2001-də yazıb 2003-də yayımladığı 14 səhifədən ibarət “Biz bir kompyuter simulyasiyasında mı yaşayırıq?” yazısı ilə bizə simulyasiya arqumentini təqdim edir. Texniki olaraq çox inkişaf etmiş insanlıq sonrası bir mədəniyyətin çox güclü bir işlətmə sisteminə sahib olacağını var saysaq, bu yazısında 3 ehtimaldan birinin doğru olmalı olduğunu müdafiə edir:
1. Bəşəriyyətin çox üstün bir texniki eraya çatmadan yox olması;
2. Texniki olaraq üst səviyyələrdə olan heç bir mədəniyyətin bizim tariximizi simulə etməklə maraqlanmaması;
3. Bizim demək olar ki bir simulyasiyada yaşamağımız.
Məsələn, Elon Musk- SpaceX, Tesla Motors, Paypal kimi şirkətlərin qurucusu bir simulyasiyada yaşadığımıza böyük bir ehtimal verir- “O qədər simulyasiya müzakirələrinə daxil oldum ki, artıq demək olar hər etdiyimiz söhbət simulyasiya və robot zəkası haqqında idi.” Musk-ın arqumenti bu şəkildə idi: “İlk çıxan video oyunu 40 il öncə çıxıb və “Ping” adlanan bu oyun iki rəngl düz xəttdən və bir nöqtədən ibarət idi. Və 40 il sonra – bu gün 3D oyunları milyonlarla insanla eyni vaxtda oynaya bilirik. Belə bir irəliləyiş sadəcə ağılalmazdır. Hazırkı irəliləyişimizin 1000-də biri ilə irəliləməyə davam etsək, yaxın gələcəkdə gördüyümüz şeylərin reallıq mı, oyun mu olduğunu ayırd edə bilməyəcəyik.”
Əslində Simulyasiya nəzəriyyəsini Platon və Rene Dekartdan öyrənə bilərik. Platonun məşhur “Mağara teoremi”nə baxaq:
3 nəfər bir mağarada həyatları boyu bir divardan başqa bir şey görməyəcək şəkildə bağlanırlar. Arxalarında görə bilmədikləri bir alov sayəsində Alovun dillərinin divarda yaratdığı kölgələri baxdıqları divarda görə bilirlər. Yalnız bunu gördüklərinə görə, öz reallıqlarını da buna görə formalaşdırırlar. Bir gün aralarından biri düyünlərini qırır və mağaradan çıxır. Gözləri gün işığına alışıq olmadığı üçün ilk başlarda çətinlik çəkir. Amma gözləri öyrəşdikcə təbiətin gözəlliklərini, bir-birindən əlvan rəngləri görür və valeh olur. Tez mağaraya qaçıb digər dostlarının da əllərini açır və onlara bayırda gördüklərini danışır. Dostları isə ona gülürlər. Dostlarına gerçəkləri danışdıqca, dostları onun dəli olduğunu düşünürlər və onu döyərək öldürürlər.
Buradakı mağaranı simulyasiya olaraq düşünə bilərik. Simulyasiyanın içində ikən, gerçəklərimiz fərqli olur. Simulyasiyanın içindəki insanlar, ona o qədər ümidsizcə bağlıdırlar ki, onu qorumaq üçün savaşmağa belə hazırdırlar. Modern fəlsəfənin atası olaraq da görünən Rene Dekartın da düşüncələri belə idi: “Simulyasiya sizə nə göstərsə, reallığınız odur. Xilas olmağın tək yolu sorğulamaqdır. Əgər simulyasiya sizə var olmadığınızı desə, düşünərək var olduğunuzu sübut edə bilərsiniz. Burdan da məşhur söz yaranır: “Cogito ergo sum.” Və yaxud “Düşünürəm, deməli varam.” “
Düşünmək bizi var edir. Daha az düşünsək, daha az var oluruq. Amma daha çox düşünsək, həm daha var oluruq, həm də daha insan.