İnsanlarsız Dünya Necə Olardı?
Yer üzündən insanlar yox olsalar, bizim planetimizdə nə olardı?
2 gün: İnsanların yox olmasından cəmi 48 saat sonra metronu çirkab sular basacaq…
7 gün: Nüvə və atom reaktorlarını sərinləşdirən təcili generatorlar üçün olan yanacaq təchizatı dayandırılacaq.
1 il: Bütün planetdə 10 milyondan çox quş sağ qala biləcək, rabitə qüllələri düşəcək, antenlər sönəcək və yüksək gərginli tellər soyuyacaq. Şəhərlər heyvanlarla dolacaq.
3 il: İstilik çatışmamazlığından soyuq regionlarda qaz boruları partlayacaq. Bu borulardan qaz sızıntıları yanğınlara səbəb olacaqlar. Binalar çatlamağa başlayacaqlar, onların strukturu qeyri- stabil olacaq. Bir və ya iki qışdan sonra istilik çatışmamazlığından tarakanlar məhv olacaqlar.
10 il: Əksər evlərin damları korroziya, sızıntılar və elementlər arasında olan kimyəvi reaksiyalar nəticəsində məhv olacaqlar.
20 il: Bütün dəmir sütunlar pas atacaq və sınacaqlar. Cənubi və Şimali Amerika yenidən birləşəcəklər, çünki Panama kanalı bitkilərlə örtüləcək və məhv olacaq.
100 il: 500 min fildən ibarət olan bir əsr bundan əvvəl yaşamış populyasiya 20 dəfə artacaq. Daha kiçik yırtıcıların populyasiyaları, məsələn tülkülərin populyasiyası yeni rəqiblərin- ev pişiklərinin-gəlməsi səbəbindən məhv olmaq astanasında olacaq.
300 il: Bütün dünyada asma körpülər yıxılacaq. Anbarların divarları dəstək olmadığı üçün partlyacaq və nəticədə şəhərləri su basacaq.
500 il: Şəhərlər meşəyə və cəngəlliklərə çevriliblər. Avtomobillərin, binaların və dəmir yığınlarının arasında çox saylı ağaclar bitir.
15 000 il: Buzların gəlməsi nəticəsində böyük şəhərlər məhv olurlar. Yalnız yeraltı konstruksiyalar nisbətən salamat qalırlar.
35 000 il: Ətraf mühiti çirkləndirən maddələr təbiət tərəfindən absorbsiya olurlar. Lakin bir sıra maddələrdən qurtulmaq üçün, məsələn kadmiydən, təbiətə hələ 75 il gərəkəcək.
100 000 il: Planetdə karbon oksidinin səviyyəsi bəşəriyyətdan əvvəl olan səviyyəyə qayıdacaq və təhlükəsiz olacaq.
250 000 il: Atom bombalarının partlaması nəticəsində əmələ gələn radiasiya yer tərəfindən absorbsiya olunacaq və təhlükəsiz olacaq.
2 000 000 il: Belə bir ehtimal var ki, təkamül prosesində bir sıra heyvanlar plastik məhsulları ayırmağı və onlarla qidalanmağı bacaracaqlar.
8 500 000 il: Bir sıra memarlıq obyektlərinin qalıqları zəlzələlər və sellər nəticəsində dağıdılmasa idilər, hələ də durardılar. Bürünc abidələri hələ də tanımaq olar.
3 milyard il: Yer üzündə hələ də həyat var. Amma nə cür həyat mövcuddur, biz özümüzə heç təsəvvür də edə bilmərik.
6,5 milyard il: Yer üzü Günəşin təsiri nəticəsində əriyir. Günəş artıq bir neçə planetləri udub.
Sonsuzluq: Peyk kimi rabitə əlaqələrinin qalıqları hələ də kosmosda səyahət etməyə davam edirlər. Peyklər bəşəriyyətin var olmağının yeganə sübutudur.