Ən Qəribə 8 Planet Və Xüsusiyyətləri
Kainat o qədər böyükdür ki, çox fərqli xüsusiyyətlərə malik planetlərin tapılması normaldır. Ancaq bəzi planetlər xüsusiyyətləri ilə digərlərindən çox fərqlənirlər.
1. HD 189773b
Kənardan baxıldığında mavi görünən bu planet, bu baxımdan dünyaya bənzəyir. Ancaq mavi rəngin səbəbi çox fərqlidir. Səbəb isə planetdə yağan şüşə yağışlardır. Bütün atmosferi silikat hissəcikləri ilə dolu olan və yüksək temperaturu səbəbindən hər nöqtədə əsən son dərəcə sürətli küləklər var. Külək bu hissəcikləri şüşəyə çevirir, və bu hissəciklər ölümcül şəkildə həryerdə uçur. Bu planetə getmək bir-iki saniyədə paramparça olaraq ölmək deməkdir...
2. Gliese 504b
Yarandığı ilk vaxtdakı istiliklərə görə bu planet olduqca təsir edici bir çəhrayı rəngə sahib olması ilə məşhurdur.
3. PSR B1620-26 b
Bu planetin özəlliyi, yaşı 12,7 milyard il olan kainatdakı bilinən ən qədim planet olmasıdır. Maraqlısı budur ki, o dövrdə kainatda planetlərin meydana gəlməsinin qeyri-mümkün olduğu nəzəriyyələri bu planetlə təkzib olunur. Ancaq bunun necə baş verdiyi hələ də anlaşılmır.
4. HD 188753
Bu planet son dərəcə nadir üçqat ulduz sistemlərindən birində olmağı ilə məşhurdur. Planetin ətrafında fırlanan əsas ulduz, başqa bir ulduzun təsiri altında bir orbitə malikdir. Üstəlik təsiri altındakı ulduz başqa bir ulduzun ətrafında fırlanır. Bir sözlə, göyə baxanda Günəşimiz kimi üç ulduzu birdən görə bilərsiniz.
5. PSR J1719-14b
Bu planetin maraqlı xüsusiyyəti, ulduzu ətrafında orbitinin qısalığıdır. Bu qısa orbit sayəsində planetdə 1 il, təxminən 2 saat çəkir. Beləliklə, bu planetdə bir il dünya vaxtı ilə yaşadığınız zaman tam 4000 yaşınız olmuş olur. Hətda planetin səthinin almazla örtülü olduğu iddiaları var.
6. PSO J318.5-22
Kainatdakı ən kədərli hekayələrdən birinə sahib olan qəribə bir ada sahib olan bu planetin ulduzu yoxdur. "Yalançı planet" olaraq xarakterizə edilən dostumuz, ölçülərinə görə Günəş Sistemimizdəki bütün planetlərdən daha böyükdür. Özünü digər yaramaz planetlərdən fərqləndirən şey bu kateqoriyadakı ən gənc planet olmasıdır. Həyat dövrünün bu qədər erkən mərhələsində ulduzu tərəfindən niyə kosmosa atıldığı məlum deyil.
7. TrES-2b
Kainatdakı ən qaranlıq planet olaraq xarakterizə edilir. Səthinə çatan işığın 1%-ini belə əks etdirməyən bu planet kömürdən daha qaradır. Bu xüsusiyyətin haradan gəldiyi hələ həll edilməyib.
8. J1407b
Kainatdakı bəlkə də ən cazibədar planet olan J1407b, Saturnun halqalarından 200 qat daha böyük halqalarla olduqca möhtəşəm bir şəkildə varlığını davam etdirir. Saturn belə möhtəşəm görünərkən, bu planetin necə göründüyünü təsəvvür etməyi sizə buraxırıq.