Bakının Ən Sirli 3 Yeri Haqqında | BilGör #video
Bakı. Qədimdə Hündür qala divarları ilə hasarlanmış bu qədim şəhər. Bakını nə qədər tanıyırıq? Yəqin ki, lazım olandan daha az. Elə isə gəlin, bakının 3 gizli yeri ilə tanış olaq:
1. Cəhənnəm adası ləqəbi ilə tanınan ada. Nargin!
İlanları ilə məhşur olan ada vaxti ikən ruslar tərəfindən ölüm düşərgəsinə çevrilmişdi. 90 faizinin türk olduğu 10 min adamı bu ada da vəhşicəsinə öldürmüşdülər. Rus və ermənilərin başçılıq etdiyi qurumlar, türk kəndlərindən yığdıqları insanlar ilə burada təcrübələr aparır və işgənclərər verirdi. Nargin hal-hazırda ölkənin ən böyük adasıdı. Təsəvvür edin Bitki örtüsü və içməli suyu olmayan ilanlar ilə dolu bir ada. Minlərlə soydaşımıza edilən işgəncələr və ölümlər.
İndi sizə göstərdiyim kadrlar uzun müddət sonra əldə olunan görüntülərdir. Kadrların bir hissəsini sizlər ilə bölüşürəm. Kadrlarda əsirlərin eyni qabdan yemək yemə, yaddaş itirəcək işgəncələr, uşağların toplu şəkildə suya atılması və başqa kadrlar yer alır. Ada kimsəsiz və boş olduğu üçün cinayətlərin izlərini itirmək üçün unikal bir yer idi.Hətta 20 yanvar hadisələrində öldürülən insanların bəzilərinin cəsədlərini bura gətiriblər. Adanın yarısı cəsədlər ilə doludu. Ada haqqında danışacağım çox şey var ama qısa olaraq deyim ki, Bura həqiqətəndə Azərbaycanın Cəhənnəmidir. Qısa zaman sonra sizə Nargin adasında xüsusi video reportaj hazırlayacam. İzləmədə qalın.
2. Bayıl qalası
Bakının Bayıl burnu yaxınlığında, Karvansaray adasında yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. 13-cü əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qalanın Xəzərin dibində olması elm aləminə lap çoxdan məlum idi. Məsələn, hələ 1782-ci ildə rus xəritəçiləri tərəfindən tərtib edilmiş Bakı limanının xəritəsində "Bayıl daşları"nın sudan çıxmağa başladığı qeyd edilmişdir. Burada maraqlı olan və araşdırılması vacib olan məqamlardan biri də buradan çıxarılan daş lövhələrdir. (Qalanın yanında olacaq çəkiliş)
Aparılan tədqiqatlar nəticəsində 699 yazılı daş tava əldə edilib. Bu daş tavalar Hal-hazırda Şirvanşahlar sarayının həyətində saxlanılır. Yazı dili ərəb və farscadır. Üzərlərində ardıcıl olarağ şirvanşahların adları yazılmış daşlarda, hər hökmdarın adlarının üzərində onların rəmzləri olan simmetrik insan, heyvan və mifik təsvirlər yer alır. Bunlardan bəziləri isə məzar daşlarıdı. Əldə edilən daş tavaların 30 faizinə yaxını su ləpələrinə görə silinib və oxunulmaz hala düşüb.
3. Bakıda Gizli Yeraltı yollar
Azərbaycanda orta əsirdə tikilmiş qalalarda ehtiyat üçün yeraltı gizli yollar salınmışdı. Hətta xalq yaradıcılığında da bu yeraltı yollar haqqında çox danışılır. Bu yolların təsadüfən yaranmadığı hərbirimizə məlumdur.
Bu yollardan biri elə məhs şirvanşahlar sarayından başlayır. Şirvanşahlardan mərdəkana və şəhərin birçox yerlərinə çəkilmiş gizli tunellər var. Çəkilmiş bu yeraltı yollar qısa məsafələr deyil həddindən artıq uzun məsafələrdir. Düşmən hücumları zamanı şah və əyanların müdafiə mövqeyinə keçmələri, xəzinələrin gizlədilməsi və başqa vasitələr üçün istifadə edilmişdi. 1920 ci ildə Nəriman nərimanovun xüsusi tapşırığı ilə aparılmış tədqiqatlarda qız qalası və onun ətrafında çoxlu quyular tapılıb, bu quyuların birçoxundanda yeraltı yollar başlayır.
2007 – ci ildə qubernator bağında aparılan təmir zamanı 1860-cı illərdə inşa edilmiş yeraltı yol aşkar edilmişdi. Tunel 250 metr dənizə doğru getdikdən sonra daralır və azneft meydanı tərəfdən xəzərə birləşir. Gizli yol 4 bucaq formasındadı, təbii qayanı simmetrik kəsib oymaq yolu ilə çəkilib.