Tanrılar, arzular və möcüzələr
Provokativ düçüncələr Tanrı ilə bağlı mütləq bir nəticəyə aparmayacaq. Bu yazı Tanrının olub olmaması üzrə fikir mübadiləsi deyil.
Öncəliklə yaratmış Tanrıyı ələ alaq.
Yaratmaq tək başına reallaşan hadisə deyil. Yaratmaq eyni zamanda yaratmağı bilmək demək də deyil. Həm yaratmağı bilib həm də heç birşey yaratmayan heç bir tanrıdan bəhs edilmir. Tək tanrılı dinlərdə görülür ki, tanrı başqa qüdrətli şeylər də yaradır. Lakin bu yoxdan var etmə məlumatı bu yaratdıqlarının heç birində yoxdur. Məlumatın özü yoxdur.
Məlumatı verib onların yaratmasının da qarşısını ala bilərdi, o mütləq tanrı.
Lakin məlumatı da vermir. Onun əvəzinə məlumatı da yaratmağı da özü edir.
Tanrı, bir yox bir neçə məlumatla yaradır. Buna görə bir neçə tutarsız yaradılış var.
Məsələn: cənnətdə bir-birini sevən gənclərin qovuşacağı, həmçinin bundan başqa kimlə istəyirlərsə əlaqədə olacaqları yazılır. Bu da özlüyündə zidiyyətdir. Cənnət də bu tutarsızlığına görə arzulanır.
Cənnət yaradarkən olan məlumat deməli dünyanı yaradarkən istifadə olunmayıb.
Bizim dünyamız isə tutarlılığı arzu edilməyən formada yaratmışdır.
Bu məlumatlar ilə yaratma mövqeli tanrının iradəsinə dair incələyək. Tanrıda sevdiyim şey nə vaxtsa keçmişdə hərəkətə keçib və dünyanı yaratmış olmasıdır. İddia belədir yəni.
Bəs niyə etdi?
Ən məhşur cavablar: "bilinmək istədi" " çox mərhəmətli olduğu üçün.
Bilinmək istəyən tanrı yaratmadan da yaratdıqlarına bilinə bilər.
Çünki mütləq tanrı olması yaratmadan da bilinə bilməsini göstərir.
Yaratmadan yaratdıqları necə olur?
Bu bizim maraqlanacağımız nəticədi.
Lakin tanrı mütləqdir yaratmadan da, yaratdıqlarına bilinə bilər.
Eynilə mərhəmətdə bura daxildir.
Tanrının yaxşı və pis olması arasında fərq yoxdur. Tanrı yaratmada da yaxşı olduğunu bildirmə gücündədir.
Ancaq tanrı hərəkətə keçib və özündən danışdırır hərkəsə.
İnsanların tanrını analiz etmə qaydası çox da maraqlı deyil. Hətta tanrının ən sıxıcı özəllikləri ilə onu izah etməyə xoşlayırıq. Tanrı bir çox şey olsa belə ,
Məsələn: Tanrının necə hərəkətə keçəcəyini danışmaq.
Bunun kimi bir çox şey varkən, biz Tanrını möcüzələrin qardiyanı və heç bir başqa özəlliyi yoxdur kimi danışırıq. Tanrı bizim üçün başqa bir iradədir. Tanrının istək və arzuları danışılacağı mümkün olarkən,insanlar onu başqa bir baxışdan incələmək üçün ölürlər.
Bir gün yaşlı bilgə uşaqdan soruşur; Bu həyatda ən çox nə istəyirsən?
Uşaq həyəcanla : Uçmaq, buludların arasından süzülmək.
Qoca uşağa göyü göstərir orda olan təyyarəni və deyir; Onu çoxdan bacarmışıq.
Uşaq yuxarı baxır sonra isə qocanın ayaqlarına nəzər yetirir və soruşur ; Onda niyə indi uçmursan?
Təyyarə ilə uçuruqsa da uşağın xəyalındankı uçmaala əlaqəsi yoxdur.
Məsələn: Yaşanılmış məlumatlar yox olmasın deyə yazını kəşf edirik.
Deyirik ki, bu məlumatlar yox olmasın insanlar bilsinlər. Bilgə olmaq üçün də qocalmağı gözləyirik.
Bizlər ölümsüz olmaq istəyirik buna görə dərmanlarımız var. Tibb bizim xəstəliklərimizi müalicə etmək üçün ordadır lakin axtarılan ölümsüz yaşamaq idi. Mücərrəd cavablar görürük. Eynilə uçmaq kimi. Möcüzəni axtaran zehinlə eyni stol arxasında oturub həyat haqqında danışmaq olmaz.
Amma bunu da qaçırmayaq ki, bu tutarlılıq möcüzəni arzulamış zehinlərdə olur.
Uçmağı istəyən biri təyyarəni kəşf edir, ölümsüz olmaq istəyən insan dərmanı kəşf edir. Məlumatın yox olmamasını istəyən insan yazını tapır.
Bizlər möcüzələri arzulamayaraq bu həyatdan cavab tapmarıq.
Ancaq bu arzular çox məsumdur, çox uşaqca hisslərdir. Yəni istəyəcəyiniz məsum şeylər o qədər mücərrəd cavablar verərək xəyal qırıqlığı yaşadacaqlar. Tanrı da eynən belə uşaqca istəyin cavabı olaraq verilə bilər.
Tanrı o möcüzə istək arzulara verilməyəcək cavabları cavablayır. Yəni uşaq uçmaq istəyirəm özüm uçmaq istədiyim kimi istəyirəm demiş olsa idi, bir möcüzə cavabı olacaqdı. Onda Tanrı da tam orda olacaqdı.