Ramazan bayramı: Digər dinlərdə
Oruc minlərlə ildir bir çox mədəniyyətlərdə var olan bir ibadətddir.
Greko Romen filosofu və tarixçi Plutarch " dərman içmə, oruc tut" deyərdilər.
500 il əvvəl yazan Hipokrata görə " xəstə olanda yemək yemək ,xəstəliyi bəsləmək" demək idi.
Mezopotomiyadan Çinə qədər hər yerdə oruc və pəhrizlə qarşılaşmaq mümkün idi. Bəzi məqsədlər tibbi olsa da çoxluq mənəvi məqsədlərə dayanırdı.
Ramazan Bayramı: Digər dinlərdə
Ramazan ayı bütün müsəlmanlar üçün oruc ayı olaraq bilinsə də, oruc tutan bir neçə din var.
Xristiyanlarda Oruc:
Xristianlıqda da oruc tutmaq islamda olduğu kimi vacibdir.
Xristianlıqda oruc kilsənin üçüncü qaydasıdır. Xristianlıqda oruc və pəhriz eyni mənada istifadə olunur. Müqəddəs Kitabda oruca böyük diqqət yetirilir və bu barədə çox danışılır. Xristianlıqda oruc 21 yaşda başlayaraq 60 yaşıa qədər oruc tutulur. Bu məsələ 1966-cı ildə oruc tutmaqla bağlı qəbul edilmiş Roma qərarlarında yazılı şəkildə bildirilmişdir.
Xristianlıqda iki növ oruc vardır. Okaristi oruc, yəni minnətdarlıq və kilsə orucu. Bu iki növ oruc Katoliklər tərəfindən tutulur. Xristianlıq çərşənbə, cümə və şənbə günlərində və bəzi bayram ərəfəsində oruc tutmağı təşviq edir.
Yəhudilərdə oruc:
Yəhudilikdə oruc: Yom Kippur adlanır.
Tövratda bəzi günlərdə oruc tutmaq əmr edilmişdir. Yəhudilikdə, oruc tutmaq özünütəsdiq və əzab çəkmə vasitəsi kimi qəbul edilir; bəzən Allaha yaxınlaşma vasitəsi olaraq qəbul edilir. Tövrata görə Hz.Musa 40 gün 40 gecə Tur dağında qaldı və bu müddətdə oruc tutdu.
Babil dövründə, matəm və kədər simvolu olaraq oruc tutulurdu. Yəhudilər Allahın onlara fəlakətlər verdiyinə inandıqları dövrlərdə davamlı olaraq oruc tuturdular.
Tutulması tələb olunan yeganə oruc "Yom Kippur" adlanan tövbə orucudur. "Kippur" peşimanlıq deməkdir. Yəhudilər bu gündə günahlarından peşman olurlar. Allah da onları bağışlayır. "Yom Kimpur", İbranicə 'tövbə günü' deməkdir.
Yəhudilikdə Yom Kippurda oruc tutmaq vacibdir.İmsak, gün batarkən başlayar. O gecə və ertəsi gün ilk iki ulduz görünənə qədər yemək içmək qadağandır. Bu müddət təxminən 25 saatdır.
Yəhudilərdə oruc, ilk ulduz görünənə qədər davam edir. Ancaq Yom Kippur kimi bəzi oruclar bir axşamdan ertəsi günə qədər davam edər.
Hindunizimdə oruc:
Hindistan dinlərindən biri olan Hinduizmdə, oruc tutmaq ilin müəyyən aylarında və günlərində oruc tutulur. İbadət məqsədi ilə duaların oxunduğu günlərdə oruc tutmaq lazımdır.
Buddizimdə oruc:
Cənub-Şərqi Asiya dinlərindən biri olan Buddizm, oruca ən böyük əhəmiyyət verən dinlərdən biridir. Buddizmin qurucusu Buddanın dediyinə görə nə dünyaya bağlılıq, nə də imtina tələb olunmur. Bu hədəfə çatmaq üçün təyin etdiyi qaydalardan birincisi, iki ayda bir oruc tutmaq və bu dövrdə cəmiyyətdəki bütün günahlarını etiraf etməkdir.