Niyə Seks Edirik? (Azərbaycan Dilində Elmi Açıqlama)
Həzzimizi idarə edən libidodur.Libido termini yaşam və ölüm üzərinə ağıla xitab edir.Libido bizi aşiq olmağa və başqa insanlarla yenidən nəsil artırmağa və bağlanmağa dəvət edir.Eynilə Şopenhaura görə də sevgi və eşq eyni zamanda yüksək miqdarda cinsəl istəyin nəticəsi idi. Bu fikirdən ilhamlanan Zigmund öz araşdırmalarını daha da genişlətdi. Zigmund Freud bunun ID və ya egoyla libido ortaya çıxdığını deyir. Hər şeydən əvvəl cinsəlliyin həzzini libidoya bağlasaq da, zirvəsi yüksək bütün həzzlər libidodur. Charles Darvin yaşayan bütün növlərin əslində ortaq bir atadan gəldiyi fikrini irəli sürmüşdü. Bu fikri açıqlamaq üçün başlıca mexanizması budurki yaşadıqları əraziyə daha tez adaptasiya olan canlılar digərlərinə görə daha asant həyatda qala biləcəkləri idi. buda təbii seçmə adlanır.Ancaq Darvin növlərin həyatda qalma şansını artırmayan cinsəlliyə də nəzər salmışdır.Cinsəllik həyatda qalan növlərin sadəcə nəsil artırmaq üçün lazım olsada bu onlar üçün avantaj deyil idi eyni zamanda cinsəllik və çoxalma olmasa növlər təkamül etməzlər deyə açıqlamışdı. Dövrümüzdə kişilərin fiziki cəhətdən qadınlara nəzərən daha güclü olması cinsi seçmənin nəticəsidir.Beləki , kişilər qadınlar üçün bir biriləri ilə mübarizə aparar vuruşar və qalib olanı qadınlar seçər və cinsi çoxalma yaşayardılar.Kişiləri qadınlar seçər və çoxalmaq üçün onlar qərar verərdi. Ancaq ki, qadın uşaq dünyaya gətirdikdən sonra nəsil artırma özəlliyi zəifləyər və kişini digər qadınları dölləməməsi üçün əlindən gələni edərdi. Kişilərin atalıq instinkti çox zəif inkişaf etmişdir, çünki kişilər uşağın həyata gətirilməsindəki rolu sadəcə cinsəl birləşmədən ibarətdir, ana fərd isə uşağı həyatda saxlayacaq bütün özəllikləri özündə daşıyır beləliklə uşaq üzərində bağlılığı daha da artmış olur. Bərabər şəkildə uşaq dünyaya gətirib ona baxan kişilər nadir tapılmaqdadır. Kişilərin bu tip təkamül etməsi artıq qadınların kişilər üçün mübarizə etməsinə gətirib çıxartmışdır. Beləki günümüzdə çoxluqla qadınların qarmaqarışıq sexsual özəlliklərə sahib olmağa doğru təkamül etdiyi "tərsinə işləyən sexsual dimorfizmə" səbəb olur.