2030-a Qədər Gerçəkləşəcək 33 Təxmin - Bilgor.az
Artıq 2021-ci ildəyik. Son illərdə texnologiya çox sürətli şəkildə inkişaf edir. Və bəlkədə bu sürət yaxın 10 il içərisində qat-qat artacaq. 2019 ilinin sonlarında "Davinci" universiteti və "Google" tərəfindən ən çox diqqətə alınan, gələcək bilim insanlarından biri olan Thomas Frey'in 4-5 il bundan əvvəl 2030 ili haqqında dediyi tam 33 elmi təxminləri;
1. Həkimə getməli olduğumuz vəziyyətlərin 80%'ni süni intelektə sahib qurğular və ya ağıllı robotlar müdaxilə edib həll edilə biləcək.
2. Fəaliyyət göstərən restoranların 90%'i yeməkləri 3D printerdən istifadə edərək hazırlayacaq.
3. Bütün qlobal maliyyə əməliyyatlarının 10%'i bitcoin yada bitcoin'ə bənzər kripto pullarla həyata keçiriləcək.
4. Quru yollarında istifadə olunan nəqliyyat vasitələrinin böyük bir qismi sürücüsü olmadan səyahət edə biləcək.
5. Bir Çin şirkəti kosmosda qurduğu hotelə müntəzəm uçuşlar başladaraq kosmos turizmini inkişaf etdirəcək. ( Artıq 2021-ci il mart ayında lahiyə haqqında məlumat verilib. Hotelin 2025'də inşasına başlayıb 2027'də istifadəyə verilməsi planlaşıdırılır.)
6. Dünyanın ən böyük internet şirkəti, təhsil sektoruna keçəcək. Və bu şirkət indiyə kimi adını eşitmədiyimiz bir şirkət olacaq.
7. İnşaat sektorundakı bütün yeni tikililərin 20%'i 3D printerdən çıxmış tikililərdən ibarət olacaq.
8. 2 milyard iş yox olacaq və işini itirmiş insanlar yeni iş sahələrinə yönələcək.
9. Klonlanmaya qarşı kütləvi etiraz qurupu yaranacaq. Mitinqlər edib, ruhu olmayan insan klonlanmasına qarşı etirazlar edəcəklər. ( 2020'ci ildə insanların klonlanması patentini Bill Gates aldı. Və bu robotların 2025'də hazır olacağı təxmin olunur.)
10. Su ehtiyacının 100%'ni qarşılayan bir şəhər var olacaq.
11. Dünya dinləri bugünlə nisbətdə təxmini 50% inkişaf edəcək.
12. Ənəvi Universitetlərin 50%'i bağlanacaq. Və yeni təhsil sisteminin önü açılacaq.
13. Bu müəsisədə işə başlamaq üçün ən az 6 ay davam edən mikro təhsillər veriləcək.
14. Alimlər həm insanların bir-biri ilə həmdə digər canlılarla danışmasını təmin edəcək, fərqli bir əlaqə sistemi yaradacaq.
15. Bir qasırğa həmin ilə kimi insan müdaxiləsi ilə durdurulacaq.
16. Naqilsiz enerjidən isdifadə edərək lampaları yandırmaq mümkün olacaq.
17. Yer kürəsinin cazibəsini 50% azaldan texnoloji obyekt isdehsal olunacaq və sınaqları keçiriləcək.
18. Demokratiya hər dövlətin infrasturkturunun alt formatı olaraq görünəcək.
19. Mövcud olan polislərin 50%'i azaldılacaq. Və yerini süni intelektə sahib robotlar tutacaq.
20. Kitabxanaların 90%'dən çoxu öz işlərinin bir parçası olaraq premium üzvlərinə xidmətlər verərək varlığını davam etdirəcək.
21. Dron izləmə sistemi sayəsində meşə yanğınları 5% azalacaq.
22. Amerikadakı şəhərlərin elektrik ehtiyacının 30%'i mikro şəbəkələr yardımı ilə təmin olunacaq.
23. Dünya miqyasında verilən səsvermələrlə, bütün ölkələrin vətəndaşları qlobal liderləridə seçə biləcək.
24. Ənənəvi dərmanlar yerinə xəstəyə özəl dərmanlar istehsal oluna biləcək.
25. Nəsli tükənmiş olan bir növ başqa bir növlə cütləşdiriləcək.
26. Özləri özlərini hazırlaya bilən mikro botlar yaranacaq.
27. Marixuana istifadəsi ABŞ'dakı ştatların və digər ölkələrin yarısında sərbəst olacaq.
28. Simli televizorlar artıq istifadə olunmayacaq.
29. Şirkətlərin bi qismi əmək xərclərinin hesablanmasında sinaptik pul yanaşmasından istifadə edəcəkdir.
30. Axtarış motorları sadəcə internetlə məhdudlaşmayıb fiziki ölçüdədə axtarışlar gerçəkləştirə biləcək şəkildə proqramlaşdırılacaq.
31. Kompüter proqramlaşdırma bütün işlərin 20%'də olması lazım olan təməl bacarıq olaraq qəbul ediləcək.
32. Zəlzələnin əvvəlcədən bilinməsi sistemi dahada inkişaf edəcək.
33. Ölkələr arasındakı nəqliyyatın "Hyperloop"dan ilhamlanaraq, hazırlanan tüplü nəqliyyat vasitələri ilə hazırlanması üçün lahiyə başladılacaq.