Lan Brady və Myra Hindley: Pedofil və Uşaq Killer Cütlüyü
Ian Brady və Myra Hindley, uşaqları ovlayan amansız bir yırtıcı cütlük idi. Hekayə Paul Bernardo və Karla Homolka hadisəsinə bir qədər bənzəyir, lakin Karla'dan fərqli olaraq, Myra qətl və təcavüzdən yaxa qurtara bilmədi.
Qurbanlar 10 ilə 17 yaş arasındakı uşaqlar, oğlanlar və qızlar idi. Onlardan ən az dördü cinsi təcavüzə məruz qalıb. Şimali İngiltərədəki qurbanın iki qəbrinin aşkarlandığı qayalı bir dəniz sahilindən sonra cütlüyün həyata keçirdiyi qəddar hərəkətlər The Moors qətlləri adlandırıldı.
Ian Brady və Myra Hindley;
Eynilə serial qatillərinin əksəriyyəti kimi, Brady'da dağılmış bir ailədən gəlmişdi. O, Peggi Stuartdan anadan olub. Amma anası onu övladığa götürməkdən imtina edir. Peggi, 12 yaşına qədər oğlunu mütəmadi olaraq ziyarət edir, lakin heç vaxt ona bioloji anası olduğunu açıqlamırdı. Brady heç vaxt atasını tanımamışdı. Brady heyvanlara işgəncə verməkdən və öldürməkdən zövq alırdı. Məktəbdə, faşistlərə və Nietzschenin yazılarına aludə olmuş, tənha və aciz bir adam kimi qəbul edilmişdi. O, 13 yaşında kiçik cinayət və soyğunçuluq karyerasına başladı.
Hindley nənəsi ilə böyümüştü. alkoqol aludəçisi atası uşaq ikən ona təcavüz etmişdi. 13 yaşında isə sevgilisinin boğulmasına şahid olmuşdu. Rahatlıq axtaran Hindley, Roma Katolikliyini qəbul etdi. Məktəbdə zəif davamiyyəti olmasına baxmayaraq, əla qiymətlərə sahib idi və Brady-dən daha ağıllı idi.
1959-cu ildə Brady birja məmuru oldu və maşın yığma hovuzunda işləyən 17 yaşlı Hindley ilə tanış oldu. Brady ona Marquis de Sade haqqında öyrətdi və təcavüz və qətlin səhv olmadığına inandığını bildirdi. Qısa ətəklərə və uzun çəkmələrə zövqü olduğu üçün, saçlarını ağartdı və kilsəyə getməyi dayandırdı.
"Mükəmməl qətl" in qurulması;
1963-cü ildə 25 yaşlı Ian Brady və 21 yaşlı Myra Hindley mükəmməl qətl törətmək həvəsinə gəlmişdilər.
Daha sonra elə həmin ay ilk qurbanlarını seçdilər. Diskotekaya gedən 16 yaşlı Pauline Reade, Myra tərəfindən mikroavtobusa mindirilir. Brady motosikleti ilə onları izlədi. Hindley Saddleworth Moor'a getdi, burada Pauline'den itirdiyi əlcəyi axtarmasına kömək etməsini istədi. Onlar Əlcək axtarmaqla məşğul olarkən, Brady Pauline hücum edərək onu zorlayır. Sonra kürəklə başına zərbə endirir və boğazını o qədər kəsirki, az qala başı bədəninnən ayrılsın. Hindley daha sonra Pauline'nin cəsədini 20 ildən çox qaldığı çöldə basdırır.
2 il ərzində cütlük daha 4 qurban seçir;
Hindley, 12 yaşlı John Kilbride'yi yerli bazardan Saddleworth Moor'a qaçırdır. Brady gözləyir və Hindleyə yaxınlıqdakı bir kənddə kirayəyə götürülmüş avtomobildə onu gözləməsini əmr edir. Hindley maşında gözləyərkən Brady oğlanı bıçaqlamaq isdəyir. Brady əsəblərini idarə edə bilmir və cəsədini dayaz bir qəbirdə basdırmazdan əvvəl iplə boğur.
Küçədən qaçırdılaraq yenidən eyni yerə aparılan 12 yaşlı Keith Bennett. Qırmızı saçlı Brady Keith'ə cinsi təcavüz edir. Və kəndirlə onu boğub öldürür. Sonra isə Keith'i dənizə atır. Oğlanın Cəsədi isə heç vaxt tapılmır.
Cütlük, 10 yaşlı Lesley Ann Downey'i qaçırdır. Brady qızı çılpaq şəkildə pornoqrafik şəkillərini çəkir. Hindley isə uşağın istismar və işgəncə səhnəsini videoya çəkir.
Beşinci və son qurban, 17 yaşlı Edward Evans. Onunla Manchester Mərkəzi Dəmir Yolu Stansiyasında görüşürlər və oğlanı Hindley'nin 18 yaşındakı qayınatası David Smithin qonaq olduğu evlərinə apardılar. Brady balta ilə Edvardın başını kəsir. Və Brady, Smithə cəsədi yuxarı mərtəbədəki yataq otağına aparıb bağlamağa kömək etməsini əmr edir, lakin Smith qaçaraq polislə əlaqə saxlayır.
Qurbanların hamısı dayaz qəbirlərdə basdırılırdı. Cütlük, qurbanlarının məzarlarının yanında yüzlərlə şəkil çəkdirirdi, onlar bundan həzz alırdı.
Həbs və məhkəmə;
Davaya ictimai maraq böyük idi, məhkəmə salonu Brady və Hindleyi qorumaq üçün təhlükəsizlik ekranları ilə təchiz olunmuşdu. Cütlük üç cinayətlə günahlandırıldı. Lesley Ann Downey-nin işgəncə ilə bağlı fotoşəkilləri və lent yazıları məhkəmədə bir şahid tərəfindən Hakim'ə göstərilir
Brady və Hindley barəsində həbs qətimkan tədbiri seçildiyi müddətdə ölüm hökmü yenicə ləğv edilmişdi. Hakim, qanunun icazə verdiyi tək cəzanı verdi: ömürlük həbs. Brady cinayətdən dəli elan edildiyi və yüksək təhlükəsizlik xəstəxanasında yatdığı bir vaxtda heç vaxt sərbəst buraxılmaq istəmədiyini açıq şəkildə bildirdi və dəfələrlə ölümünə icazə verilməsini istədi.
Digər tərəfdən Hindley, günahını etiraf etdikdən sonra da sərbəst buraxılmağa çalışdığı üçün İngiltərədəki ən pis qadın kimi xarakterizə olunur. Daha sonra Hindley islah edilmiş bir qadın olduğunu və artıq toplum üçün bir təhlükə olmadığını iddia etdi, lakin heç vaxt sərbəst buraxılmadı. 2002-ci ildə, 60 yaşında vəfat etdi.
Ian Brady isə hələ sağdır və cəzasını çəkir.