Dünya'da artan intiharlar
Hər il dünyada intihar edən insanların sayı artmaqdadır. Günümüzdə intihar edənlərin sayı 20-25 il bundan əvvələ nisbətən qat-qat artmışdır. İntihara ən çox meyilli ölkələrin içində, üst sıralarda Yaponya yer alır.
Yaponya'da intiharlar;
Yaponiya görülən işlərə baxmayaraq intiharların tez-tez baş verdiyi bir yerdir. Yaponya'da intiharların çoxu Aokigahara meşəsində olur. Aokigahara, sıx ağaclarla dolu meşədir. Oraya gəzmək üçün gedən insanlara,turistlərə yoldan çıxamamaqları tövsiyə edilir. Çünki, meşə sıx olduğu üçün yolu itirmək qaçılmaz ola bilər. Bu meşədə 2011-ci ildən kütləvi intiharlar müşahidə olunur. 2002-ci ildə 75, 2003-cü ildə 103, 2004-cü ildə 108 cəsəd tapılıb. 2010-cu ildə 247 nəfər intihar edib, 54 nəfərin isə intihar cəhdi uğursuz olub. Məşənin girişində rastlanan, son dəfə bu meşəyə gəlmək üçün istifadə olunan və tərk edilmiş maşınlar buranın necə bir yer olduğu haqqında insanda ilkin təsəvvür yaradır.
Meşəyə girəndə "od vurmayın,zibil atmayın" kimi klassik xəbərdarlıqlar yerinə "xaiş edirəm intihar etməyin, həyat sizə verilmiş bir həddiyədir, ailənizi və dostlarınızı düşünün" kimi ifadələr yazılıb.
Bəziləri aldıqları qərarı son dəfə düşünmək üçün çadırlar qulub, bir neçə gün qaldığı görülür.
2011-ci ildən etibarən meşədə ən çox görülən intihar forması yüksək dozada narkotik istifadə etmək və özünü asmaq idi. İntiharlara ən çox Mart ayında, Yaponiyada maliyyə ili bitdikdə rast gəlinir.
Yaponyada 2020'ci il oktyabr ayında intihar edənlərin sayı, bir il ərzində covid-19 xəstəliyindən ölən insanların sayından daha çoxdur.
Yaponya'da 2020 oktyabr ayına kimi covid-19 xəstəliyindən ölənlərin sayı 2min 87 nəfərdir. Amma ölkədə yalnız oktyabr ayında intihar edənlərin sayı 2 min 153 nəfərdir.
Yaponiyanın Səhiyyə Nazirliyi, 10 ildir böyük səylər nəticəsində ölkədə azalmış intihar nisbətinin 2020-ci ilin sonundan etibarən ilk dəfə yenidən yüksəlməyə başladığını açıqladı. 2020-ci ildə 20 min 919 insanın intihar etdiyi Yaponiyada qadın və gənc intiharların artmasının epidemiyanın gətirdiyi iqtisadi çətinliklərdən qaynaqlandığı təxmin edilir.
Yaponya'da 2020-ci ildə yetkinlik yaşına çatmayanların intiharıda yüksək dərəcədə artmışdır. 2020-ci ilin başlanğıcından ilin ortalarına kimi 300'dən çox məktəbli intihar etmişdir.
Əvvəlki illərə nisbədən Yaponya'da qadın intiharı 83% artıb.
Dünya'da intiharlar;
Dünya Səhiyyə Təşkilatının açıqladığı statistikaya görə hər il 800min nəfər intihar səbəbi ilə yaşamını itirir. Buda hər 40 saniyədə 1 nəfərin intihar etməsi deməkdir. Dünyada hər 100min nəfər başına intihar edənləri sayı ortamala 10,5 nəfərdir. Yüksək gəlirli ölkələrdə bu rəqəmlər 11,5'ə kimi yüksəlir. İntihar, dünya miqyasında 15-19 yaş arası qrupda ən çox yayılmış üçüncü ölüm səbəbidir. 15-19 yaş qrupunda intihar edən qadın və kişilərin nisbətləri arasında böyük bir fərq olmasa da, yaş artdıqca kişilərin nisbəti güclü şəkildə artır. Xüsusilə yüksək sərvəti olan ölkələrdə intihar edən kişilərin sayı qadınlardan üç dəfə çoxdur. İntihar'ların 79%'i orta və az gəlirli dövlətlərdə rast gəlinsədə, yüksək gəlirli ölkələrdədə intihar statistikası yüksəkdir. Beləki intihar'ın ən böyük səbəbi maddi problemler olsada, yalnızlıqda bunun əsas səbəblərindəndir.