Homo. “Erectus”dan “Sapiens”ə Yaxud İnsana

Homo Sapiens
Elmi çevrələr maddə, enerji, zaman və kosmosun ortaya çıxışını bundan 13.5 milyard il öncə gerçəkləşən böyük partlama (Big Bang) ilə bağlayırlar. Kainatın bu təməl xüsusiyyətlərinin hekayəsinə “Fizika” deyirik.
Təqribən, 2,6-2,5 milyon il davam edən dördüncü mərhələ 4,5 milyard ildi mövcud olan Yerin qlobal tarixi fonunda həddindən artıq qısa görünür. Bu mərhələni antropogen də adlandırırlar, çünki, məhz, onun başlaması ilə məməlilər arasında yeni növ – insan və ya antropoloqların latınca adlandırdıqları kimi desək, Homo meydana çıxıb. Antropogen dövrü bütün müasir bəşəriyyət üçün bu gün də davam edir. Bunu izləyən insan mədəniyyətlərinin inkişafına da “Tarix” deyirik.
Anatomiyanın tədqiq etdiyi obyekt — insandır. İnsan bütün canlı varlığın ən alisidir, eyni zamanda ictimai varlıqdır. İctimai həyat qanunları insan üçün əhəmiyyətli rol oynayır. İnsanlar arasındakı münasibəti heyvanlar arasındakı münasibətdən fərqləndirən amil əmək olmuşdur və insanın təbiəti bilavasitə əməklə bağlıdır. İndiki insan (insana latınca — homo və yunanca anthropos deyilir) öz fiziki quruluşuna görə xordalılar tipinə, onurğalılar yaxud kəlləlilər yarımtipinə, məməlilər Amniota sinfinə, ciftlilər bölgüsünə, primatlar dəstəsinə, hominid yaxud insanlar fəsiləsinə Homo sapiens və idraklı insan növünə aiddir. Fiziki quruluşu cəhətdən insana ən yaxın olan meymunlar xüsusən insanabənzər meymunlar antropoidlərdir. İnsan, meymunlarla birlikdə primatlar dəstəsini təşkil edir. İnsanların primatlara aid olması bir sıra ümumi fiziki quruluş xüsusiyyətləri ilə isbat edilir: dırnaqların yastı olması, əllərin tutma üzvünə çevrilməsi, süd vəzilərinin döşdə yerləşməsi, beyinin görmə hissəsinin nisbətən çox, qoxu hissəsinin az inkişaf etməsi, beynin ənsə payında mahmız yarığmm olması, göz yuvasının halqa kimi hər tərəfdən sümüklə əhatələnməsi, körpücüyün inkişaf etməsi, dişlərin müxtəlif forması, mədənin sadə formaya düşməsi, xayaların xayalıqda yerləşməsi və s.
Tarixin gedişatını üç önəmli inqilab dəyişdirdi; 70 min il öncə başlayan İnformasiya inqilabı, 12 min il öncə bunu sürətləndirən Aqrar inqilab və 5 min il öncə başlamış, tarixi sonlandıraraq başqa bir şeyi başlada biləcək Elmi inqilab.
Müasir insanlara bənzəyən canlılar ilk olaraq 2.5 milyon il öncə Şərqi Afrikada meydana gəldi, amma saysız nəsillər boyunca planeti paylaşdıqları çox saydakı orqanizmadan təməl həyati xasiyyətlər baxımından çox da fərqlənmədi.
Bioloqlar orqanizmləri növlər halında sinifləndirir. Bir-biriləri ilə cütləşib məhsuldar balalar verə bilənlərin eyni növə aid olduqları qəbul edilir. Məsələn at ilə uzunqulaq təşviq edilərsə, cütləşə bilər, amma DNT-lərini bir-birilərinə keçirməzlər. Qatır adı verilən balaları isə qısır olur. Bu səbəbdən atla uzunqulaq bənzər görülsə də, ayrı növlər olaraq qəbul edilir. Halbuki birbirlərinə heç bənzəməyən itlər cütləşə bilir, ortaq DNT hovuzunu paylaşdıqlarından bala sahibi olabilir, o balalar da yeni balalar verə bilirlər. Ortaq bir atadan təkamül edən növlər “Cins” adı verilən bir başlıqda toplanırlar. Məsələn aslanlar, pələnglər, leopardlar və yaquarlar “panthera” cinsinin altındakı növlərdir. Bizlər “Homo Sapiens”-ik : Homo (İnsan) cinsinin Sapiens (Dərrakəli) növü.
Son 10 min ildə dünyadakı tək insan növü Homo Sapiens olduğundan, başqa bir növ olmadığını güman edirdik. Amma bunun doğru olmadığı aydın oldu. İlk insanların bəziləri təxminən 2 milyon il öncə Şərqi Afrikayı tərk edərək Şimali Afrika, Avropa və Asiyanın fərqli yerlərinə köç etdilər. Yaşadıqları fərqli mühitlərin şərtlərinə uyaraq fərqli formada təkamül etdilər. Beləcə müxtəlif növlər meydana gəldi. Elm insanları bunların hər birinə ayrı bir təmtəraqlı ad qoydu. Bir neçə örnək vermək gərəkərsə; Avropa və Qərbi Asiyadakılar Homo Neandertalensis (Neandertal Vadisi İnsanı), Asiyanın daha şərq bölgələrindəkilər Homo Erectus (Dik Adam), İndoneziyadakı Yava Adasındakılar Homo Soloensis oldu. Bütün bunların və digərlərinin düz bir soy çizgisi izləyərək, nəticədə, bizə, yəni Homo Sapiens-ə təkamül etdiyini düşünmək yayğın bir xətadır.
İlk insan genomunun xəritəsini tərtib etmək 15 il çəkib və 3 milyard dollara başa gəlmişdi. Bu gün isə bir insanın DNT-sinin xəritəsini az müddətdə, 1-2 yüz dollara tərtib etmək mümkündür. Artıq fərdiləşdirilmiş tibb dövrü (müalicəni DNT-yə görə müəyyən edən dərmanlar) başlayıb. Dərmanların əsl hədəfi xəstəliklərin qarşını almaq və müalicə etmək olduğu müddətcə bir problem yoxdur, amma tibb insanlarda müəyyən xüsusiyyətləri inkişaf etdirməyə çalışmağa başlayanda nələr ola bilər? Bu imkan bütün insanların haqqı olacaq yoxsa “super insan” seçilmişləri ortaya çıxacaq? Bərabərlik lütf sayılarkən tarixdəki ən qeyri-bərabər cəmiyyətimi qurmaq yolundayıq? Alimlər bədən üzərində etdikləri dəyişiklikləri ruh üzərində də edə biləcəklərmi?
Ciddiyə almalıyıq ki, tarixin sonrakı mərhələsi sadəcə texnoloji və təşkilati transformasiyalar deyil, insan şüuraltısı və şəxsiyyəti üzərində də təməldən təsir edən transformasiyaları özündə birləşdirəcək. Üstəlik bu transformasiyalar o qədər təməldən olacaq ki, birbaşa “insan” qavramını sorğuladacaq. Əgər Sapiensin dövrü bitəcəksə, nəyə çevrilmək istədiyimizi düşünməyə başlasaq, yaxşı olar. Yaxşı olar, çünki, görünür, Homo Sapiensi başqa növ varlığa çevirən proyektləri dayandırmaq mümkün olmayacaq.
70 min il əvvəl Homo Sapiens Afrikanın bir küncündə öz işi ilə məşğul olan önəmsiz bir canlı idi. İrəliləyən minillərdə özünü bütün planetin sahibi və ekosistemin baş bəlasına çevirəcək çevrilişini reallaşdırdı. İndi isə əbədi gənclik kimi ilahi bacarıqları da reallaşdırmağa çalışır.
İnsan gücündəki və edə biləcəklərindəki fövqəladə artımlar Sapiensi daha xoşbəxt canlı halına gətirmədi. Hədəflərimiz mövzusunda əmin deyilik. Daha pisi, hər zamankından daha məsuliyyətsiz davranır, öz-özünü yaratmış cırtdan tanrılar kimi heç kimə hesab vermirik. Planeti paylaşdığımız digər canlıları məhv edib ekosistemi daim təqib edirik. Bunu edərkən sadəcə öz rahatlığımızı və əyləncəmizi düşünüb, üstəlik, məmnun da qalmırıq. Nə istədiyini bilməyən, narazı, zərər verən və məsuliyyətsiz cırtdan tanrılardan daha təhlükəli bir şey ola bilərmi?
Primatlar dəstəsinə meymunlar və insanlar fəsiləsi aiddir. Bu fəsilələri yaşadıqları dövrə görə aşağıdakı qaydada düzmək olar.
1. Lemur — eramızdan 60 — 50 milyon il qabaq.
2. Parapitek — eramızdan 35 — 30 milyon il qəbəq.
3. Propliopitek — eramızdan 17 milyon il qabaq.
4. Driopitek — eramızdan 15 — 10 milyon il qabaq.
5. Avstralopitek — eramızdan 3 — 1 milyon il qabaq.
6. Pitekantrop — eramızdan bir milyon — 500 min il qabaq.
7. Neandertal insanı — eramızdan 500 min — 100 min il qabaq.
8. Kromanyon insanı — eramızdan 110 min il qabaq.