Heyvanların inancları varmı? Varsa, bir Heyvanın "İnancının olması" hansı mənaya gəlir?
İnancı olan tək varlıq biz deyilik.Sübut edilməsi,insanlardan daha çətin olsa da,heyvanların da inancları vardır.16 iyun 2020-ci il tarixində “Mind and Language”(Zehin və Dil) jurnalında yayımlanan məqalədə Ruhr Universiteti Fəlsəfə 2 İnstutundan,Dr. Tobias Starzak və Professor Albert Newen heyvanlardakı inanc sistemini anlamaq və emprik olaraq araşdırmaq üçün 4 meyar təklif etdilər.
Heyvanlarda inancın 4 meyarı
Meyar 1: Ətraf haqqında biliyə sahibolma
İnancların mövcudluğunun ilk meyarı; Heyvanın ətrafı haqqında biliyə malik olması lazımdır. Ancaq bu məlumat avtomatik bir reaksiyaya yol açmamalıdır.Məsələn, qurbağaların instinktiv olaraq böcəyi dilləri ilə tutması...
Meyar 2: Eyni biliklərlə fərqli davranış sərgiləmək
İkinci meyar: Heyvan eyni bilikləri istifadə edərək fərqli davranışlar sərgiləməyi bacarmalıdır. Albert Newen izah edir:
Bu, bir və eyni məlumat parçasının fərqli davranışlar yaratmaq üçün fərqli motivasiyalarla birləşdirilə biləcəyi haldır. Məsələn, heyvan o anda orada yeyəcək olduğu məlumatını yeyəcəyi yemək və ya saxlamaq məqsədilə istifadə edə bilməlidir.
Meyar 3: Bilik daxili bir inanc olaraq qurulmalıdır
Üçüncü meyar: Bilik daxili olaraq bir inanc olacaq şəkildə qurulmalıdır və buna bağlı olaraq həmin məlumatın müxtəlif hissələri ayrıca işlənməlidir. Məsələn,müəyyən bir yerdə müəyyən bir növ qidanın müəyyən bir zamanda tapılacağını öyrənən siçovullarla aparılan təcrübələrdə müşahidə edilmişdir. Bu məlumatlar,nə,nə zaman,harada quruluşuna sahibdir.
Meyar 4: Məlumat ,yenidən birləşdiriləbiləcək şəkildə olmalıdır.
Dördüncü meyar isə budur:İnancı olan heyvanlar,bilik komponentlərini yeni yollarla yenidən birləşdirə bilməlidirlər. Bu yenidən birləşdirilmiş inanc,dəyişkən davranışlara yol açmalıdır.
Tədqiqatçı Jonathan Crystal,8 yollu labirint tədqiqatlarında siçanların bunu da edə bildiyini göstərdi.Heyvanlar səhər labirintin 3-cü yolundakı normal qidaya çatarlarsa, günorta saatlarında 7-ci yolda şokolad tapıla biləcəyini öyrəndilər.
Qarğalar bütün meyarlara cavab verir!
Müəlliflər həmçinin,inanclı heyvanlara nümunə olaraq qarğaları misal göstərirlər.
İngilis tədqiqatçı Nikola Clayton qarğalar ilə sınaq keçirdi. Quşlar ac olduqda, əvvəlcə yeyəcəyi yeməyə meylli olurlar.Ac olmadıqda isə sistematik olaraq qalıqları gizlədirlər. Bu müddətdə hansı qidanı (qurd və ya fıstıq) harada və nə zaman gizlədiklərini qeyd edirlər. Sonrakı saatlarda ac qalırlarsa, seçdikləri qurdları axtarırlar. Qurdların yeyilə bilməz hala gəldiyi vaxt keçdikdən sonra ,bunun yerinə fıstıqlarını gizlətdikləri yerə doğru yönələrlər.
Dr. Tobias Starzak deyir:
Davranışdakı bu dəyişikliyi ən yaxşı izah edən şey, quşların qurdların köhnəlmiş olduğuna dair inancları və digər qidaların yeri haqqındakı inanclarıdır.
Heyvanlar digər vəziyyətlərdə də dəyişkən reaksiya verə bilərlər. Məsələn,qidalarını gizlədərkən rəqibləri tərəfindən izlənildiyini görsələr, yeməyi daha sonra gizlərlər.
İnancların səbəb olduğu şəklində təfsir edilə biləcək dəyişkən davranış siçovullarda, şimpanzelərdə və border collie növ itlərdə də göstərilmişdir. Albert Newen son olaraq bunları əlavə edir:
Hələ inancları olduğu kəşf edilməmiş olan daha bir çox növün var olduğuna inanırıq.