Elmlər doktoru Muradov Nazim kimdir?
Muradov Nazim – Mərkəzi Florida Universitetinin Florida Günəş Enerjisi Mərkəzinin aparıcı elmi işçilərindəndir. O, Neft və Kimya İnstitutunda (Bakı, Azərbaycan) bakalavr, daha sonra isə Neft-kimya mühəndisliyi sahəsində magistr təhsili almışdır. Fəlsəfə elmləri doktoru (Kinetika və kataliz) və Elmlər doktoru (Fiziki kimya) dərəcələrinə sahibdir. (Kimyəvi Fizika İnstitutu, Moskva, Rusiya). Dr. Muradovun əsas tədqiqat sahələrinə hidrogen əldə edilməsinin termokatalitik və fotokatalitik sistemləri, günəş enerjisiylə işləyən su parçalanması sistemləri, hidrogen sensorlar, qalıq yanacağın dekarbonizasiyası, qabaqcıl bioyanacaqlar, təhlükəli tullantıların radiasion detoksikasiyası və nanostrukturlu karbon materialları daxildir