Fizikçi Landau Lev Kimdir?
Landau Lev – (rus. Лев Дави́дович Ланда́у; 22.01.1908 – 01.04.1968) – nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş Sovet fiziki. Landau 1908-ci ilin 22 yanvar tarixində Bakıda yəhudi ailəsində anadan olmuşdur (atası David Lvoviç Landau, anası Lyubov Venyaminovna Qarkavi). Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü, və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər. Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.