Təkamül Nədir? İnkişaf Etmək Və Təkamül Arasındakı Fərq

Təkamül sözü cümlələrdə çox istifadə edilmədiyi üçün insanlar bunun nə demək olduğu haqqında az məlumata sahibdir. Təkamül sözünün müxtəlif mənaları var. Sözün lüğət mənası, yetkinlik və yetkinləşmə deməkdir. Bəzi mənbələrdə inkişaf etməyidə təkamülə aid edirlər. Əslində bunlar tamam fərqli fikirlərdir.
İnkişaf etmək və təkamül etmək arasında fərq;
Günümüzdə insanlar məlumat alanda, təhsil alanda inkişaf edər. Özünü inkişaf etdirmək yaxşı birşeydir. Amma inkişaf etmək və təkamül etmək iki fərqli şeydir. İnkişaf etmək, daha çox məlumat toplamaq, daha çox fərqində olmaq kimi şeylərdir. Təkamül isə tam fərqli bir fikirdir. İnkişaf etmək, davam etmək, iləri getmək kimi qavranılır. Təkamül etmək isə özünə dönmək ilə əlaqəlidir. İnsan təkamül edəndə özünü, gerçək özünü xatırlamağa başlayar. Təkamül özünə dönməkdir, özünü tapmaqdır və özün olmaqdır. İnkişaf etmək isə özündən uzaqlaşmaqdır. Və olmadığın bir şey olmaqdır. Bu səbəbə görə təkamül inkişaf etməkdən daha vacibdir. Çünki, insan təkamül edəndə özünün kim olduğunu, hardan gəldiyini anlamağa və xatırlamağa başlayar. Və bu zaman sadəcə fiziki ehtiyaclarla deyil, kainatdakı ehtiyaclarla maraqlanmağa başlayarsan. Həyat sadəcə yeməkdən, içməkdən, yatmaqdan və çoxalmaqdan ibarət deyil, daha çoxuda var. Elə bu daha çoxunu kəşfetmək varolmağın sirrini görmək, onu yaşamağa başlamaq və varolmağın sirrini öyrənmək təkamüllə bağlıdır. İnsan sadəcə bir bədən deyil, insan əbədi ruhi varlıqdır. Bunu kəşfetmək, bunu qavramaq və bir ruhi varlıq olaraq həyata davam etmək təkamüllə bağlıdır.
Təkamüldə haradayam?
Əslində buna dəqiq bir cavab vermək mümkün deyil. Çünki hər bir insanın həyat yolu və təkamülü insana xasdır. Başqa sözlə, insanlar qədər fərqli təkamül prosesləridə var. Bu səbəbdən bir-birimizə bənzər təcrübələr yaşasaq və hətta bəzi problemlərin öhdəsindən birlikdə gəlsək də, bu yolda öz ruhumuzla tək olduğumuzu bilirik. Bu səbəbdən hər bir insanın “Təkamüldə haradayam?” Sualının cavabını tapması vacibdir. Çünki təkamül prosesinin ən böyük sirri onun kəskin qaydalarına sahib olmamasıdır. Buna baxmayaraq, qədim müdriklər və müqəddəslər bizə təkamül müddətində olduğumuz barədə bəzi məlumatlar verə bilərlər. Bu fəzilətlərə qovuşmaq təkamül prosesinin ən vacib mərhələlərini keçmək deməkdir.