Ağlayan Buludlar
Kitab iki şəhərə ayrılır. hekayələr və şeirlər şəhəri. hər iki şəhərə daxil olarkən, özünüzlə çətir götürməyin. Çünki üzərinizə yağacaq kəlimələri hiss etməyə çalışın. Şüurunuzun ən dərin qatlarına enəcək, cümlələr. Qorxmayın, bu sizin xeyirinizədir. Dahа dərin düşünmək və özünüzü dərk etmək diləyi ilə.
Beyindən axan fikirlər buludlardan tökülən yağış damlaları kimidir. Və bu damlalar torpaq üçün xeyirli olduğu qədər, insan beynindən çıxan fikirlər də elə insanın özü üçün xeyirli əlamət idi. Fikirləri güzgü kimi görmək, onları dərk etmək və onlardan yeni fikirlər yaratmaq mənəvi böyüməyimə və dünyamın dəyişməsinə bərabər oldu. Sevgi, həyata baxış, yaxşı, pis xüsusiyyətlər, Tanrı, Şeytan, məntiq və məntiqsizlik istiqamətləri hamısı bu kitab da yer alıb. Bu kitab sizə seçimlər verəcək. Təqdim etdiyim xüsusiyyətləri özünüz seçəcəksiniz. Qaranlıq bir otaqda tək oturaraq şam işığında oxuyacağınız bu kitab sizin mənəvi böyüməyinizə səbəb olacaq. Diqqətlə, təkrarən və təhlil edərək oxuyacağınız hər bir sətir sizin daxilən dərinliyə enməyinizə yardımçı rol oynayacaq. Bu felsəfi kəlimələrlə qidalandığınız təqdirdə dərinlikdən çıxaracağınız fikirlərə inanmağa çalışın. Sadəcə inanmaq istədiyinizə inanın. Qoyun"Ağlayan Buludlar" sizin daxilinizə öz damlalarını axıtsınlar. hər bir damlanın faydasını hiss etməyə çalışın.