Sadist Və Mazoxist Nədir? Xüsusiyətləri Nələrdir?
Şiddət deyərkən nə anlayırıq? Şiddət kimi və ya nəyisə cəzalandırmaq və onun üzərində öz hakimiyyətini göstərmək üçün edilən bir davranış növüdür. Biz şiddəti təkcə fiziki baxımdan düşünürük. Amma şiddətin digər növləri də vardır: Söz şiddəti, iqtisadi şiddət, psixoloji şiddət, cinsi şiddət və.s
Şiddətin məqsədi öz üstünlüyünü və hökmünü göstərmək üçün edilir, amma Sadistlərdə şiddət anlayışı tamam fərqlidir. Onlar şiddət göstərməklə , acı çəkən insanları gördük də bir sözlə şiddətin növündən asılı olmayaraq ondan ləzzət alırlar. İnsanların mütləq şəkildə zəif tərəflərini tapıb o istiqamətdə sizi alçaltmağa və sizin çəkdiyiniz əziyyətdən onlar böyük enerji alırlar. Özlərini dünyanın ən qüsursuz insanları hesab edirlər. Heç bir halda özlərini günahkar hesab etmirlər.
Əsas xüsusiyyətləri:
Başqalarının hisləri ilə oynamaq: arzularınızı puç etmə, alçaltma, kədərləndirmək.
İstismar etməyi xoşlayırlar. Bu duyğular sadistin zövq alması üçün, yalnız çıxarı üçün ola bilər. Yalnız üstün olmanın həzzini yaşayır. Əldə edəcəyi qazanc : düşüncələrini doyurmaq.
Bu duyğulara sahib kəslər heç vaxt məmnun olmazlar. Bu narazıçılığa hər zaman bir səbəbləri olur və haqq etdiklərini almadıqlarını düşünürlər. Bu səbəblə davamlı olaraq tələbkar olurlar və əldə etdiklərindən təşəkkür duymurlar. Bir şeyləri əldə etmə arzuları qarşısındakı kəslərə zərər vermə və onlara həddini bildirmə istəyindən irəli gəlir. Gözləntiləri cinsi əlaqə, maddiyyət, əlaqə, bağlılıq, səmimilik kimi mövzuları əhatə edə bilər.
Bu kəslər hər zaman hər şeylə razı olan kimi görünsə də olduqca comərd bir strukturları ola bilər. Bunu qarşısındakılara mane olmaq və istəklərinə puç etmək adına istifadə edirlər. Qarşısındakı insanların bir şeydən həzz almasını və xoşbəxt olmasını istəməzlər.
Sadistlər başqalarını alçaltma və pisləmə istəyi duyurlar. Başqalarında olan zəiflikləri və qüsurları görür, bunları ifşa etməyi sevirlər. Onların həssas və kövrək olduğu nöqtələri təxmin edə bilirlər. Bu hissi güclərini mərhəmətsizcə və alçaldıcı şəkildə istifadə edirlər. Bunları dürüstlüklə əlaqələndirirlər.
Sadistlik impulsuna maneə törədən bir adamla qarşılaşarsa özünü alçaldılmış hiss edən sadist dəli ola bilər, yəni bunu qəbul etməz. İndiki vaxtda artan qadın cinayətlərinin əhəmiyyətli səbəblərindən biri də budur.
Sadist duyğular içində olan adam həyatdakı müsbət olan hər şeydən nifrət edər. Özünü boşluqda hiss edər. Özü xoşbəxt olmadığı mühitdə heç kimin xoşbəxt olmasını istəməz. Öz ağrılarını başqalarına köçürərək, yalnız özü acı çəkmədiyini düşünərək rahatlaya bilər. Əldə edə bilmədiyi şeyləri pisləmə yolunu seçərək, özünü sakitləşdirər. Gözündə hər şey dəyərsiz və qüsurludur. Bunu özünü həssas biri olaraq gördüyündən, doğru olaraq qəbul edir. Davamlı tələbləri olsa belə, yerinə yetirilmiş olan tələblərlə də yetinməzlər.
Sadist olan kəslər intiqam hissi ilə yaşayır. Yaşadığı kədər, kədər və ağrıların məsuliyyətini başqalarına atmaq istəyirlər. Həyatlarını məhv etdiyini düşündüyü kəslərin bunun əvəzini ödəməli olduğuna inanırlar. Buna görə mərhəmət duyğuları olmur. Birini məğlub etməklə öz məğlubiyyətini ör-basdır etmək kimi anlayırlar.
Bu cür bir həyatdan imtina adamın enerji qaynağının yox olmasına səbəb ola bilər. Sadistlər özlərini yıxacaq, incidəcək heç bir şeyin olduğuna inanmırlar. Bu duyğunun yıxıldığı anda çaxnaşmalar yaşana bilər.
Sadistlərdə utanmaq və özünü günahkar hesab etmək hisləri yoxdur. Uşaqlarda da bunu görmək olar məsələn: uşaq ikən oğlan qızın saçını dartır və bundan həzz alır, amma bunu gizlində və ya ana və atasının, müəlliminin qarşısında etmir , çünki onlarda utanmaq və özünü günahkar hesab etmək duyğuları var. Əgər uşaqlarda bu xüsusiyyət tez-tez və hər istiqamətdə (insanlara,heyvanlara) görülürsə qarşısı uşaqlıqdan mütləq alınmalıdır, çünki gələcəkdə böyük fəsadlar verə bilər. Bir də bu şəxsləri xarakterizə edən digər bir xüsusiyyət asosyal və özünə qapanıqlığın olmasıdır.
Mazoxistlər isə sadislərin əksidir deyə bilərik, çünki bu xüsusiyyətə malik şəxslər özlərinə zərər verməkdən böyük həzz alırlar.
Əsas xüsusiyyətləri:
Özünü yandırma ya da kəsmə davranışlarından birini davamlı olaraq təkrar etməsi.
Kəslərin özlərinə zərər vermədən əvvəl gərginlik içində olmaları.
Etdikləri hərəkətdən sonra duyduqları fiziki ağrıyla bərabər istirahət, həzz və zövq alma duyğularını keçirmək.
İctimai qınaqdan qorxaraq və ya utanma səbəbi ilə özlərinə vurduqları zərərləri gizlətmək.
Özünə zərər vermə neçə cür olur?
Özünə zərər vermələri 2 qrup halında qiymətləndirilməkdədir.
Mədəni baxımdan qəbul görmüş zərər verən davranışlar: Bu davranışlar içində döymə vurdurmaq, pirsinq etmək kimi zərər verən davranışlardır.
Sosial baxımdan qəbul görməyən zərər verən davranışlar: Bu davranışlar cəmiyyətdə qəbul edilmir. Bəzi qruplara ayrılmışdır.
Bunlar aşağıdakılardır:
Dodaq dişləmək, dırnaq yemək, dərini bıçaqla cızmaq, özünü dişləmək, saçlarını yolmaq kimi tipik özünə zərər verən davranışlar.
Orqan kəsmə, göz çıxarma kimi psixotik özünə zərər verən davranışlar.
Dərini çimdikləmək, saç yolmaq kimi kompulsif özünə zərər vermə davranışları.
Özünü yandırmaq, kəsmək, zərbə kimi impulsiv özünə zərər vermə davranışları.
Biz günümüzdə Sadistləri daha çox cinayətkarlar arasında tapa bilərik. Mazoxistlərə uyğun hərəkətlər isə daha çox fanatiklərə uyğundur, amma bu o demək deyil ki, bütün fanatiklər mazoxistdir. Digər bir nümunə isə bədəninin bütün nahiyələrinə döymə vurduran şəxslərdir.