Sevginin İnsan Sağlamlığına Təsiri

Sevgi məlhəli olaraq tanınan bu hormonların beyindən düşməsi ilə əmələ gələn sevgi təsirini ən çox ürəkdə göstərir. Mütəxəssislər sinədə yaranan sıxıntı və həyəcanı, narahatlıq hissini sevginin bədəni bütünlüklə ələ keçirməsi ilə izah edirlər.
Amma aparılan araşdırmalar göstərir ki, bu duyğu və hisslər ürəyə faydalıdır. Belə ki, sevginin uzun müddət ürək tutması riskini azaltdığını və ürəyin ömrünü uzatdığı elmi şəkildə sübut edilib.
Qan təzyiqinə faydalıdır
Bir çoxları buna inanmasa da aparılan elmi araşdırmalar göstərir ki, sevgi qan təzyiqini azaldır. Bundan əlavə bədəndə stressi azaldır, yuxu keyfiyyətinin yaxşılaşdırır, təmizlik və qidalanma kimi keyfiyyətləri artırır.
Xolesterolu azaldır
Qəribə ola bilər, amma sevgi xolesterol üçün də faydalıdır. Tədqiqatlar göstərir ki, xoşbəxt cütlüklərdə xolesterol səviyyəsi daha aşağıdır.
Ömrü uzadır
Mütəxəssislər bildirir ki, xoşbəxt cütlüklər tək yaşayan insanlardan daha uzun yaşayır. Həmçinin tək yaşayan insanlarda depressiya və qeyri-sağlam qidalanma daha tez-tez müşahidə olunur. Elmi araşdırmalar göstərir ki, orta hesabla tək yaşayan qadınların 2 il, kişilərin isə 6-7 il ömürləri qısalır.
Xoşbəxtlik verir
Aşiq olduğu zaman beyin tərəfindən ötürülən dopamin, endorfin və seratonin kimi hormonlar insana təsir edir, ona xoşbəxtlik verir, ürək damarlarını depressiyanın zərərli təsirlərindən qoruyur. Sevgi yalnız iki qarşı cins arasında olan duyğular deyil. İnsana rahatlıq verən ailə, heyvan və təbiət sevgisi də ürək sağlamlığına müsbət təsir göstərir. Beləliklə, məhəbbət insan üçün bir yük olmamalı, əksinə insan həyatına müsbət təsir göstərməlidir. Buna görə də ürək və beyin arasındakı əlaqəni tarazlaşdırmaq lazımdır.
İnfarkt riskini azaldır
Sevgi uzun müddət infarkt riskini azaldır. Mütəxəssislər qeyd edir ki, xoşbəxt və rahat münasibət yaşayan insanlarda yuxu keyfiyyəti yaxşılaşır, infarkt riski isə azalır.
Eşq acısı infarkt riskini artırır
Araşdırmalar eşq acısını ciddi qəbul etməməli olduğumuzu göstərir. Beləki o ürək çatışmazlığına, nəfəs darlığına səbəb ola, eyni zamanda infark riskini də artıra bilər. Mütəxəssislər qeyd edir ki, sevgi gizli qalmamalı, müsbət təsirlərini görmək üçün onu ifadə etmək lazımdır. Tək tərəfli sevgi ola bilməz. Gizli, platonik sevgilər sağlamlıq problemlərinə səbəb ola bilər.