Leonardo Da Vinçi Azərbaycanlıdır?
Məşhur italyan rəssamı Leonardo da Vinçinin anasının azərbaycanlı olması ehtimalı var. Belə ki, tam adı Leonardo di ser Pyero da Vinçi olan dahinin İtaliyada doğulması dəqiq bəlli olsa da, milliyyətinin Azərbaycan türkü olması haqqında elmi iddialar ortaya çıxıb.
Araşdırmalara görə, rəssamın müsəlman anasının vətəni Cənubi Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən bir ölkədir. Cənubi Qafqazda Xəzərə çıxışı olan yeganə müsəlman ölkə isə Azərbaycandır. Kanadanın “National Library and Archives” araşdırma və arxiv mərkəzində Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkil etdikləri mühazirə zamanı bu barədə araşdırmaların nəticələri gözdən keçirilib. Da Vinçinin tədqiqatçısı Louis Buff Parry isə mühazirə zamanı olduqca maraqlı faktları açıqlayıb. Onun sözlərinə görə, rəssamın barmaq izi üzərində aparılan tədqiqat zamanı onun anasının İtaliyaya qul kimi aparıldığı məlum olub. Da Vinçinin anası “Katerina” adlı sadə kəndli qadın olub. Bu ad həmin dövrdə Asiyadan gətirilən və Konstantinopolda (indiki İstanbul) satılan qullara verilən ümumi ad olub. Anasının əsl adı bilinməsə də, atasının kimliyi və adı dəqiqdir. Atası Piero Fruosina notariusda çalışıb. Onun valideynlərinin heç biri evli olmayıb. Hazırda tədqiqatçılar onun anasının satış vərəqəsini axtarırlar, çünki məhz bunun sayəsində qadının həqiqətən Şərqi Avropa və Qərbi Asiyanı birləşdirən Azərbaycandan olduğu sübut ediləcək.Dahinin Şərq dünyası ilə, daha dəqiqi, müsəlman-türk dünyası ilə əlaqəsi olduğunu daha bir neçə fakt təsdiqləyir. Onun II Sultan Bəyaizdə ünvanladığı məktubların birində İslam dininə olan sevgisindən və inanclarından bəhs edilib. “İntibah insan”ın prototipi kimi hamının yaxşı tanıdığı da Vinçinin elmə sonsuz həvəsi və heyrətamiz ixtiraçılıq-yaradıcılıq istedadı Avropa İntibahının əsas hərəkətverici qüvvəsi olub. O, bir qayda olaraq bütün dövrlərin ən böyük rəssamı və çoxçeşidli qabiliyyətlərə malik ən istedadlı şəxsiyyəti kimi qəbul olunur.Da Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz “Mona Liza” portreti və “Sonuncu Şam” əsəridir. Yalnız və yalnız Mikelancelonun yaratdığı “Adəmin Yaradılışı” əsəri, bu iki əsərə bərabər tutulur. Da Vinçinin yaratdığı “Vitruvian insan” əsəri də bu kateqoriyalı rəsm əsərlərinə daxil edilir.Təəssüf ki, müasir günümüzə qədər rəssamın yalnız 15 rəsm əsəri gəlib çıxıb. Lakin bu azsaylı rəsm əsərləri onun elmi diaqramlar, cizgilər və rəssamlığın nəzəri əsaslarına aid fikirlərinin əks olunduğu şəxsi əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi mənbə rolunu oynayır. Mühəndis kimi isə, o, həmin dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcəyi, olduqca mürəkkəb ixtiralar edib. Onun vertolyot, tank, yığılmış Günəş enerjisi, kalkulyator, ikikorpuslu gəmi və s. kimi mürəkkəb texnologiyaları hələ XVİ əsrdə konsepsiyalaşdırması və Plitələrin Tektonikası haqqında irəli sürdüyü ibtidai fikirlər onun sonsuz dühasından xəbər verir.Sadalanan konsepsiyaların əksəriyyəti onun sağlığında nəinki həyata keçirilməyib, hətta müasirləri tərəfindən qavranıla bilməyib. Da Vinçi anatomiya, mühəndislik, optika və hidrodinamika elmlərini də mükəmməl səviyyədə bilib və bu elmlərin inkişafına böyük töhfələr verib.
Xatırladaq ki, Leanardo Da Vinçi rəssam olmaqla yanaşı alim, memar, botanik, riyaziyyatçı, ixtiraçı, mühəndis, musiqiçi və yazıçı olub. Onun rəsm əsərləri arasında “Mona Liza” və “Last Supper” dünya şöhrətli əsərlər hesab olunur. Əsərlərindən məlum olur ki, o, anasının doğulduğu torpaqlarda da olub. 1452 ci ilin 15 aprel tarixində doğulan dahi, 2 may 1519 cu ildə vəfat edib.