Həqiqəti Axtaran Məktəb - Sxolastika
Bəzən durub heç “Həqiqət nədir?” deyə düşünmüsünüzmü? Bu sadəlövh, eyni zamanda hiləgər sualı ikiminillik Qərb elmi və mədəniyyətinin təməlində Pilat da İsa peyğəmbərə verir, İsa peyğəmbər isə bu sualı cavablandırmır. Qərb dünyası dediyimiz bəşəriyyətin bir hissəsi hələ də bu suala cavab axtarır. Böyük ədəbiyyat və incəsənət nümunələri, elmi kəşflər, bugünkü elmi-texniki nailiyyətlər və s. bu suala cavab olaraq yaradıldı. Amma həqiqətin nə olduğu bilindimi? İsa peyğəmbər susdu. Qərb bu suala cavab tapmadı. Gerçəkliyin qanunauyğunluqlarını əks etdirməyə istiqamətlənən obyektiv biliklərin əldə olunması kimi dəyərləndirilən rasional, modern elm ağlın sərhədlərinə dirənməkdədir. Buradan o tərəfə ağlın gücü təklikdə çatmır. Qərb ağlın bütün potensialını meydana çıxardı. "Xalis zəkanın" sərhədlərini zorladı, amma Pilatın - Roma canişininin, dünyəviliyin bariz rəmzi olan həyat yorğunu bir insanın sualına cavab tapa bilmədi.
Amma Şərq, yüz illərdir İsa peyğəmbər kimi "susaraq" bu sualın cavabının onda gizli olduğuna işarə edir. Bu işarələrin ən önəmlilərindən biri islam qaynaqlı ezoterik məktəb - təsəvvüfdür. İbn Sina – digər adı ilə Avisenna Orta əsrlər dövrünün ən böyük təbib, metafizik və filosoflarından biri bu məktəbə səriştəli forma verən ilk mütəfəkkirlərdəndir. Onun fəlsəfəsində Fərabinin və Razinin böyük rolu var. Avisenna sistemi orta əsr fəlsəfəsi xüsusiyyətinə malikdir. Empirizm və rasionalizm onda bölünməz bir bütövlük təşkil edir.
Onun fikrinə görə, dərk edən ağıl sayəsində insan başa düşür ki, əsas məqsədi xoşbəxtliyə çatmaq olmalıdır. Bu ağılda bütün varlıqların mahiyyəti haqqında biliklər öz əksini tapmışdır. Maddi varlıqlar haqqında mücərrəd biliklər dərk edən ağıl vasitəsilə nəfsə təlqin edilir. Deməli, bu biliklər həqiqidir. Dərk edən ağıl həqiqi bilikləri – həqiqəti kəsb etmək üçün hər bir maddi və mücərrəd varlığa ümumi mahiyyət gözü ilə nəzər salmalıdır. Ağıl mücərrəd varlıqları necə varsa elə dərk edir, onlara aid təzahürlərindən deyil, mahiyyətdən faydalanır. Maddi varlıqlar haqqında biliklər kəsb etmək üçün onları mücərrədləşdirmək lazım gəlir. Maddi olanın mücərrədləşməsi İbn Sinanın fəlsəfi təliminə görə, idrak prosesinin dörd mərhələsini keçməlidir: Duyğularla başlanan idrak prosesində beyində materiyanın mahiyyəti və təzahür formaları haqqında təsəvvürlər yaranır. İkinci mərhələ xəyalən dərketmə mərhələsidir. Amma təsəvvürlər materiya haqqında bütöv biliklər meydana gətirə bilmir. Çünki xəyalən meydana gələn biliklər materiyanın bu və ya digər təzahür forması haqqında təsəvvürlərdən ibarətdir. İbn Sina idrak prosesinin üçüncü mərhələsini illüzion dərketmə adlandırır. Bu mərhələdə ağıl mücərrəd bilikləri kəsb etməyə yaxın olur. Buna baxmayaraq, üçüncü mərhələ həqiqi biliklərin meydana çıxması üçün kifayət etmir. Nəhayət, idrak prosesi rasional dərketmə ilə başa çatır. İbn Sinaya görə, bu mərhələdə materiyaya aid biliklər onun ayrı-ayrı təzahürlərini deyil, onun özünü bütöv şəkildə təsəvvür etməklə yaranır. Məsələn, bəşəriyyət dedikdə ayrı-ayrı insanlara aid biliklər deyil, küll anlayış – "bəşəriyyət" başa düşülür.
Təsəvvüf - islam qaynaqlı ezoterik məktəbdir. O, mütləq həqiqətin var olduğunu, lakin ona aparan yolun təkcə insan ağlını əsas götürən rasionallıq olmadığını iddia edir. Təsəvvüf İsaratının "Makamat ul - arifin" adlı son hissəsində təsvir edilmişdir: “Psixologiyada qazanılan ağıl, sınanan yüksək dərəcədə aktiv ağılla təmasda oldu. Bu əlaqə həqiqəti gizlədən pərdələri aradan qaldırır”. İbn Sina bu gücü müqəddəs güc adlandırır və ona bitişik bir vəziyyət deyir. Əsas sahə ilə əlaqəli bu vəziyyət məntiqi bir metod deyil, çünki burada fərqliliklər aşılır və əşyaların birliyi görülür.
Təsəvvüflər insanla ilahi aləm arasında üç növ əlaqəni görürlər:
1) Bayezid Bistami yolu: Tanrının xüsusiyyətlərini qazanmaq;
2) Vasıti yolu: İlahi keyfiyyətləri almaq;
3) Hallaç Mansur yolu: Allahla birləşmək.
Bu yolların hamısı məntiqsizdir. Bəzən obyekt ilə subyekt arasında ayrılıq, bəzən isə birlik olur. Avisennanın fəlsəfəsi, obyekt və subyekt arasındakı ayrılığı qəbul edir. Bu səbəbdən İbn Sinanın fəlsəfəsini bir növ mənəvi intuisiya kimi görə bilərik. Bu yol İşraqi fəlsəfəsinin illüminizminə qapı açır. “Hay b. Yakzan” və “Kitab üt-tayr” kimi əsərlərində İbn Sina bu təsəvvüf yolunu ədəbi bir dildə izah etmişdir. Əbədi aləmin birliyi ilə qəbul edildikdə bu yol dəyişkən, keçici, lakin Tanrı dəyişməzdir. Görünür, son kitablarda filosof Panteizmə yaxınlaşır. Buna baxmayaraq, Avisenna Panteizmi bir sistem olaraq deyil, fəlsəfi sistemin son həddi və ali hədəf kimi qəbul etmişdir.
Son olaraq belə bir xülasə edə bilərik ki, din-fəlsəfə münasibətləri İbn Sinanın fəlsəfi təlimində əhəmiyyətli yerə malikdir. Filosofun əsərləri ilə tanışlıq belə deməyə əsas verir ki, o, Allah, peyğəmbərlik və axirət kimi əsas dini prinsiplərə münasibətdə dərin inama sahibdir. Ancaq fəlsəfənin vurğunu olmuş İbn Sina din-fəlsəfə münasibətləri probleminə ənənəvi müsəlman yanaşması nümayiş etdirmir; irrasionalı rasionalla izah edir, vəhyin fövqəltəbii mahiyyətini “fəal ağıl”la əlaqələndirir, dinin ilahi kreasionizm təlimini yenidən nəzərdən keçirir və nəticə olaraq, müsəlman ilahiyyatçıları tərəfindən rədd ediləcək “feyz-südür” təlimini ortaya atır. Bütün bunlara baxmayaraq, İbn Sina islama sadiq filosofdur və bunu, ən azından, onun o dövrdə “bərahimə” təliminin peyğəmbərliyi inkar edən iddiaları əleyhinə “rəddiyyə” qəbilindən traktatlar yazmağı sübut edir.