Anamızı atamız öldürür? Mother (ana) filmi
Mother (ana) filmi şillə yemişcəsinə izləyicini sərsəmlədən filmlərdən biridir. Rejissor Daren aranofski metaforlar sayəsində ortaya beyin yandıran filmi nümayiş etdirir. Mother fəlsəfəsi (qısaca ana fəlsəfəsi də deyə bilərik).
Mother (ana) filmi
Filmin ümumi məğzində evini təmizləyən və hərkəsdən qorumağa çalışan qadın obrazını görürük. Film məzmunu isə keçmiş hekayələrə dayanır. Yəni, tanrının kainatı yaratması, həvva və adəmin cənnətdən qovulması, İsanın doğulması və gələcəkdə baş verəcək hadisələrin təxmini.
İzləyici ev və qadını görür , ana təbiətin harmoniyası birnöv , hər şeyi qoruması və saflığı. Kişi obraz isə burda Tanrıyı oynayır. Gündəlik olaraq, Kitab yazır, kitab isə incili təmsil edir. Özünün varlığını özünə tətmin etdirmək üçün insan yaradır, bu vaxtlarda evə adəm gəlir.
Adəm ilk insan olduğundan, tanrı onu nəzakətlə qarşılayır. Adəm təbiət ananı sevmir və heç bir sözə qulaq asmır.
İnsanın burda söz dinləməyən və qarşı çıxan olaraq göstərilməsi Sokratın fikirlərini bizə xatırladır "İnsan doğuşdan pisniyyətdir". Pis niyyət olmasının səbəbini də məlumatsızlığı ilə dəyərləndirilir. Yəni insan məlumatlı oıması sayəsində yaxşı və pis ola bilirdi.
Gələk adəmin davranışlarına
Adəmin təbiət ananı göz ardı etməsi, xəstə olmasına rəğmən bilə bilə özünü ölümə göndərməsi də bununla əlaqələndirilə bilər.yəni cahil olması onun xarakterini zədələmişdi. Təbiət ana isə qadın obrazında göstərilsə də, qadınların kollektiv şüuru ona aid olmamış olur. Adəmin qabırğasından həvva yarandıqdan sonra, qısqanc, aşağılayıcı xarakterdə bir obraz evə daxil olur.
Davamlı olaraq təbiət ananın uşağının olmaması ilə onu qıcıqlandırır, və yuxarı otaqda " toxunulmaz alma" nı oğurlamı adəmə təqid edir, almanı sındırırlar, tanrı obrazı əsəbilik yaşasa və heyfslənsə belə heç bir şey demir, təbiət ana onları evdən çıxartmaq istəsə də heç bir cəhdi uğurlu alınmır.
Gələk Tanrı obrazına, aktyor burda öz həyat yoldaşına dəyər verməyən, hər kəsi eyni dərəcədə sevən və narsistlikdən əziyyət çəkən roldadır. Bizim tanrı obrazındakı aktyorumuz da, narsizmlə yanaşı, Hər kəsi eyni dərəcədə sevir, kitab yazır, var edir, sevgi axtarışında və sevgiyə konsentrasiya olmuş tanrı kompleksini yaşayır.
Tanrı kompleksi nədir bəs?
İnsan nə qədər məlumatsız olsa da yaşadıqdan bir müddət sonra var olması ilə bağlı suallar içərisində tapır özünü. Bəs bir nöqtədən sonra insan da özünü tanrının sahib olduğu özəlliklərə sahibmiş kimi hiss edə bilərmi? Nə də olmasa tanrının uşaqlarıyırıq?! Tanrı kompleksi də budur, özünü bütün bu sifətlərin sahibi kimi hiss edir.
Filmin sonunda Tanrı obrazı təbiət ananı öldürür, təkrar təkrar olduğu kimi. Nəhayətdə yox oluruq, resetlənir və yaranırıq. Tanrı təbiət ananı öldürəcək, təbiət ana yenidən yaranıb evini inşa edəcək. İnsanlar bu evə hər dəfəsində təkrar-təkrar ziyan vuracaq, bu isə çıxılmaz labirint olacaq. Taki, insan oğlu ağıllanana qədər.