Siqareti Tərgitməyin Asan Yolu
Kitab siqaret azarına mübtəla olmuş insanları bu bataqlıqdan xilas etmək üçün yazılmışdır. Müəllif əsəri öz təcrübəsindən çıxış edərək yazmışdır. Əsəri oxuyarkən sanki özünü bir həkim-ekstrasens qarşısında hiss edirsən. Qarşıya qoyduğu məqsəd əsərin üslubunda və dilində də əks olunub. Müəllifin özünün də qeyd etdiyi kimi, burada təkrarlar var.
#Özünüinkişaf #Psixologiya
Bəlkə də, oxucu bunu diqqətsizlik kimi qəbul edə bilər. Amma bu təkrarlar kitabın qarşıya qoyduğu məqsəddən irəli gəlir. Belə ki, müəllif bəzən eyni fikri bir neçə dəfə, dönə-dönə təkrar etməklə onları öz pasientinin beyninə yeritmək və onu sağaltmaq istəyir.