Qoca və Dəniz
Çikaqo şəhəri yaxınlığındakı Ouk-Park şəhərciyində dünyaya göz açıb. Təbiətcə çox sağlam və güclü olan Ernest gənclik illərində boks və futbol ilə məşğul olub, mütaliəyə və balıq ovuna həvəs göstərib. Hələ məktəbdə oxuyarkən o, məqalələr və kiçik hekayələr yazırdı.
Ernest Heminquey hər iki dünya müharibəsində iştirak etmiş, bir çox ölkələrin orden və medalları ilə təltif olunmuşdur. Onun yazdığı “Əlvida, silah”, “Qatillər”, “Kilimancaronun qarı”, “Qalib heç nə almır” kimi əsərlər yazıçıya dünya şöhrəti qazandırmışdır. “Balıqçı və dəniz” romanından sonra isə Ernest Heminquey Nobel mükafatına layiq görülmüşdür.