O qurbağanı ye
Görməli olduğunuz bütün işləri görmək üçün heç zaman kifayət qədər vaxt olmur. Siz, şəxsi və işlə bağlı öhdəliklər, cavabınızı gözləyən saysız elektron məktublar, sosial media, layihələr, imkan tapan kimi oxumağı planlaşdırdığınız jurnallar və kitabların məngənəsində sıxılmısınız. Və bütün məsələ ondadır ki, siz heç zaman imkan tapa bilməyəcəksiniz.
Bu kitab sizin iş bacarığınıza və əldə edə biləcəyiniz nəticələrə güclü təsir edəcək. O qurbağanı yeyin – iş üsulunuzu imtahana çəkəcək, uğur qazanmaq mütləq olan daxili-intizamı izah edir və insanların yubatmaya yol verməklərinin səbəbini araşdırır. Sonra isə, məhsuldarlığınızı necə artıra biləcəyinizi sadə dildə izah edir.