
Babilin ən varlı adamı - Corc Kleyson
7/10
«Babilin ən varlı adamı» – bu kitab, pulla necə davranmağın üsulunu öyrənmək istəyən, lakin iqtisadiyyat ədəbiyyatını oxumağı sevməyənlər üçün yazılmışdır. Müəllif müvəffəqiyyət qazanmağa can atanlara öz maliyyə imkanlarını planlaşdırmağı, pul qazanmağı, bunlardan qənaətlə istifadə etməyi və yığılmış var-dövləti artırmağı öyrədir.
Kitab sadə dillə yazılıb və olduqca oxunaqlıdır. Bu çox maraqlı bestsellerdə ən təkəbbürlü məqsədlərə çatmağın sirləri, müvəffəqiyyət və zənginliyin açarı gizlidir. Məşhur «Babil əfsanələri» milyonlarla oxucuya uğur və sərvət axtarışına ruhlanmağa kömək edib.
Kateqoriya : ÖZÜNÜ İNKİŞAF